Tovuzun bir neçə kəndində "parotit”, yəni el dilində "qulaqdibi” xəstəliyi yayılıb.
Mynews.az BAKU.WS-ə istinadən xəbər verir ki, xəstəlik dörd aydır davam edir.
Xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb.
Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, xəstəlik ilk dəfə rayonun Aşağı Quşçu kəndində yayılıb.
Bundan sonra xəstəlik Qovlar, İbrahimhacılı və digər yaşayış məntəqələrində də yayılmağa başlayıb. Virusun ən çox yayıldığı yerlər məktəblərdir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub