Nərimanov rayonunda “Keşlə dairəsi” kimi tanınan ərazidə xidmət aparan yol polisi ilə bağlı maraqlı görüntülər yayılıb.
Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, videonu paylaşan şəxs qeyd edib ki, görüntülər Keşlə bazarının qarşısındakı dairəvi yolda lentə alınıb.
İddia olunur ki, polis avtomobili Keşlə bazarının qarşısındakı dairəvi yolda təkrar-təkrar dövrə vuraraq sürücüləri qayda pozmağa sövq edir.
Digər videonun isə paytaxtın Əhmədli qəsəbəsi, Telnov küçəsində çəkildiyi qeyd olunub. Videonu paylaşan şəxs bildirir ki, yol polisi hər gün burada dayanaraq sürücülərin qayda pozmasını gözləyir.
Məsələ ilə bağlı Oxu.Az-a münasibət bildirən Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sözügedən görüntülərdən xəbərdar olduqlarını deyib:
“Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq. Orada yol polisinin hər hansı avtomobili saxlaması müşahidə olunmur, dislokasiya üzrə xidmət aparılır. Buna baxmayaraq, Bakı şəhər BPİ Dövlət Yol İdarəsində videogörüntülərdə iddia olunan hallarla bağlı müvafiq araşdırma aparılır”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub