Torpaqlarımızın beşdə birini işğal etmiş, milyonlarla insanımızı qaçqına, köçkünə döndərmiş, Xocalı kimi dəhşətli soyqırımı aktına imza atmış ermənilərlə də əməkdaşlıq etmək olarmış. Yadımızdan çıxmayıb ki, Müsavat Partiyasının sədri İsa Qəmbər Ermənistan Ümummilli Hərəkatı ilə qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzalamış, AXCP sədri Əli Kərimlinin xeyir-duası ilə partiya fəalı Ruslan Bəşirli təmsil etdiyi təşkilat adından Gürcüstanda ermənilərlə əməkdaşlığa dair razılıq əldə etmişdi. Bütün bunlar müxalifətin xəyanətkar xarakterini açıb göstərir. Hətta hakimiyyətdə olduqları bir il müddətində də bir-birinə tələ qurmaları, Əbülfəz Elçibəyə belə xəyanət etmələri bunların əsl simasını göstərir. Yuxarıda qeyd etdiklərimiz bu şəxslərin ictimai səviyyələrindən, əxlaq və mənəviyyatından xəbər verir. Lakin faktlar göstərir ki, Qənimət Zahid kimilərin timsalında bu üzdəniraq mühacir müxalifət nümayəndələri məişət səviyyəsində belə mənsub olduğu millətinə, cəmiyyətinə, hətta ailəsinə belə ancaq və ancaq utanc və baş alçaqlığı gətirə bilər. Yəqin ki orta yaşlı vətəndaşlarımız bu “demokratiya carçılarının”, mənəviyyat ruporlarının yaxın keçmişdəki Üç palma istirahət mərkəzindəki “sauna macəra”larını unutmayıb. Adi məişət pozğunu olan bu şəxslərin nəinki cəmiyyətə, heç öz ailəsinə və yaxın çevrəsinə deməyə sözü olmamalıdır.




1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub