"Gürcüstanda koronavirusa yoluxduğu deyilən şəxs İrandan Azərbaycana qanuni daşıma olmayan mikroavtobusla gəlib”.
Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi Azərbaycan ərazisində hər hansı müntəzəm marşrut xətlərindən istifadə etməyib:
"Mikroavtobus Gürcüstana keçən zaman sərhəddə xəstəlik təşhis olunub”.
Qeyd edək ki, Gürcüstan mediası Marneuli sakini olan şəxsin yanında daha bir neçə nəfər də olduğunu və onların Azərbaycanda karantində saxlanıldığını bildirib. Marneuli sakininin yol yoldaşı isə Tbilisidə xəstəxanaya yerləşdirilsə də, onda koronavirus tapılmayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub