Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan və vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır və operativ reaksiya verir.
Nazirlər Kabineti yanında operativ qərargahdan Mynews.az-a verilən məlumata görə, martın 1-də sosial şəbəkələrdə yayılmış və xüsusi geyimdə olan həkimlərin İçərişəhər metrostansiyası yaxınlığında görünməsini əks etdirən videomaterial, vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında, xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib.
Koronavirus şübhəsi ilə müşahidə altına alınan və ya xəstəlik şübhəsi ilə Təcili Tibbi Yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir.
Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq.
Bir daha vətəndaşlardan süni ajiotaj yaratmamağı və rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi xahiş edirik.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub