Virus epidemiyaları və Azərbaycan Tarixdə və indi

78272
Virus epidemiyaları və Azərbaycan Tarixdə və indi

Epidemiyalar və insanlar tarixdə mövcüdatın ayrılmaz, bir-birini təqib edən və bir-birini stimullaşdıran, yaşadan hissələridir. Hazırda dünyanın birinci mövzusuna çevrilmiş koronovirus epidemiyası dünya düzəninə hansı təsir göstərir, planetin bir parçası olan Azərbaycanda yaşayan vətəndaşımızın taleyi və dünyada yaşayan azərbaycanlıların taleyi necə olacaq sualları instiktiv özünümüdafiə, vətəndaş birliyi və cəmiyyətin müdafiə olunması psixologiyasından irəli gələrək ilk düşündürücü suallardır. Çünki epidemiyalara qarşı müdafiənin təşkili fərdi hazırlıq və keyfiyyətlərlə deyil, cəmiyyətin və toplumların şüurlu, elmi yanaşması və mənəvi-ruhi iradəsi ilə birgə müdafiə və mübarizənin təşkili ilə mümkündür.

Koronovirusdan öncə baş verən epidemiya və digər kütləvi ölüm saçan vasitələrin tarixi və coğrafiyasına qısa nəzər salarkən bir çox maraqlı faktlar ortaya çıxır. Vəba çox qədim tarixə malik bir xəstəlikdir. Vəba haqqında e.ə. 5-ci əsr aid yazılar (sanskrit dilində) aşkarlanmışdır. Tarix boyunca çoxlu sayda vəba epidemiyası baş vermişdir. Vəba epidemiyası, çox güman ki, ilk dəfə Hindistan yarımadasında başlamışdır. Hələ e.ə. 5-ci əsrdə Qanq çayı deltasında yaşayan insanlar vəba haqqında yazmışdırlar. Xəstəlik ilk dəfə 1817-ci ildə Rusiyaya ticarət yolları ilə (həm quru, həm də su vasitəsilə) yayılmışdır. Daha sonra vəba Avropanın digər hissələrinə, Avropadan Şimali Amerikaya və bütün dünyaya yayılmışdır.

Ötən 200 il ərzində 7 vəba pandemiyası baş vermişdir. Ən sonuncusu İndoneziyada 1961-ci ildə başlamışdır. Xəstəlik bir neçə dəfə ciddi şəkildə baş qaldırmışdır. Xəstəlik son zamanlarda 2010-cu ildə Haitidə baş verən zəlzələdən sonra kəskin şəkildə baş qaldırmışdır. 2010-cu ilin oktyabrından 2015-ci ilin avqustuna qədər 700000-dən çox haitili vəbaya yoluxmuş və 9000-dən çoxu dünyasını dəyişmişdir. Xəstəliyin baş qaldırmasına BMT-nin nepallı əsgərlər yaşayan bazası səbəb olmuşdur. Əsgərlər insan tullantılarını bir çox haitilinin suyundan içmək, yemək bişirmək və çimmək üçün istifadə etdiyi Artibonit çayına atmışdılar.Vəba 19-cu əsrdə yayılmağa başlayandan bəri 10 milyonlarla insanın həyatına son qoymuşdur. Sadəcə Rusiyada 1847-1851-ci illər arasında 1 milyondan çox insan vəbadan dünyasını dəyişmişdir. Xəstəlik 1827-1835-ci illər arasında davam edən ikinci pandemiya dövründə 150000 amerikalının həyatına son qoymuşdur. Hindistanda 1900-1920-ci illər arasında 8 milyondan çox insan vəbadan dünyasını dəyişmişdir.1854-cü ildə ilk dəfə Con Snou adlı ingilis həkim vəbaya çirkab sularının səbəb olduğunu aşkarlamışdır. Müasir dövrdə Avropa və Şimali Amerika ölkələri su təchizatlarını filterdən keçirir və xlor əlavə edirlər. Bu səbəbdən vəba bu ölkələrdə çox nadir hallarda baş verir. Dünyada hələ də çoxlu sayda insan vəbaya yoluxur. 2010-cu ildən bəri aparılan hesablamalar göstərir ki, hər il 3 milyondan 5 milyona qədər insan vəbaya yoluxur və hər il 58000 və 130000 arası insan bu xəstəlikdən vəfat edir. Müasir dövrdə vəba pandemiya adlanır. Lakin o, əsasən, inkişafda olan ölkələrdə, xüsusilə, uşaqlar arasında geniş yayılmışdır.

Maraqlıdır? Tarixdə virus epidemiyalarının tarixi dövlətlərə təsiri necə olub?

Antoninus epidemiyası - Eramızın 165-180-ci ilində rast gəlinib. Roma İmperiyasında yaşayan şərq ekspedisiyalarından qayıdan əsgərlərin yaratdığı bir epidemiya xəstəliyi olan Antoninus vəbası gündə 2 min insanın ölümünə səbəb olan ilk məşhur vəba epidemiyasından biridir. Tədqiqatçılar xəstəliyin bir çiçək və ya qızılca olduğundan şübhələnsələr də, əsl səbəbi qeyri-müəyyən olaraq qalır. Bu epidemiya Roma İmperatorları Lusius Verus və Markus Aurelius Antoninusun ölümünə səbəb olmuş, imperiya ümumi əhalisinin 30 faizini itirmişdi.

Yustinian vəbası - İmperator Justinian 541-ci ildə Konstantinopolda taxtda oturarkən, Avropada başlayan bir epidemiya əvvəlcə Misirə, sonra Fələstinə, Suriyaya və Anadoluya çatdı. Yustinian, Konstantinopola bütün çıxışları bağlasa da, epidemiya şəhərə hərbi hissələr tərəfindən gətirilən materiallar arasında olan siçovullar vasitəsi ilə daxil olmuşdu. Siçanların tükləri arasında gizlənən bir millimetrdən az "Xenopsylla" adlı bir böcək mədəsində "Pasteurella pestie" adlı ölümcül vəba bakteriyasını daşıyırdı. Bu böcəklər uçaraq yaxınlıqdakı digər siçanların tükləri arasında yerləşərək qısa zaman ərzində çoxalmışdı. İnsan bədəninin istənilən nöqtəsinə təmas edərək vəba mikrobunu ötürən böcəklərin yoluxdurduğu insanların bir neçə gün ərzində ölməsinə səbəb olmuşdu. Bir həftə ərzində şəhərdə vəba sürətlə yayılaraq və kütləvi ölümə səbəb olmuşdu. Əvvəlcə gündə bir neçə yüz insan ölürdüsə, sonradan gündə 100 nəfərə yaxın insan həyatını itirir və xəstəlik zaman keçdikcə öz-özünə yox oldu, ancaq dövrün ən sıx yaşadığı şəhərlərdən biri olan Konstantinopol əhalisinin 40 faizini itirdi.

Qara vəba - 1346-cı il ilə 1353-cü il arasında yayılan Qara vəba epidemiyasının 7 il yarım ərzində 200 milyona yaxın insanın ölümünə səbəb olduğu deyilir. Dəqiq sayları bilmək mümkün olmasa da, bu illərdə xəstəlik üzündən Avropa əhalisinin 30 ilə 60 faiz azaldığı bildirilir.

Amerikalı hindular arasında yayılan suçiçəyi-XV əsrdə Amerika qitəsindəki yerli insanlarla təmasa girən avropalı kəşfiyyatçılar burada yaşayan insanlara özləri ilə birlikdə gətirdikləri virusları yoluxdurdular. “Chickenpox” adlı virus Avropanın üçdə bir hissəsini öldürmüşdü. İmmunitetləri avropalılar kimi inkişaf etməmiş və dərmanların çatışmazlığı olan Amerikalılar üçün heç bir şans yox idi. Milyonlarla insan, yerli əhalinin 90 faizi o dövrdə bu virus nəticəsində ölüb və bu vəziyyət avropalıların Amerika qitəsini müstəmləkə etməsini çox asanlaşdırdı.

Kokoliztli epidemiyası - Meksikada formalaşan bu epidemiya 1520-ci il ilə 1576-cı il arasında təxminən 15 milyon insanın ölümünə səbəb oldu. Xəstəliyə səbəb olan virusun balıqlarda tapılan “salmonella” bakteriyasından qaynaqlandığı düşünülür.

Yeddi fərqli vəba epidemiyası - Sivilizasiya tariximizdə yeddi əsas vəba epidemiyası olub, lakin bunlardan ən ölümcülü 1852-ci il ilə 1860-cı il arasında olub. Virusun əsas səbəbi içməli suyun çirklənməsi idi, ancaq üçüncü dəfə epidemiya yayılana qədər səbəb başa düşülməyib. Uzun müddət insan nəcisi və tullantıları içmə və yemək üçün istifadə olunan su mənbələrinə də tökülüb. Bunun böyük bir fəlakətə çevrildiyi yer o dövrdə Hindistan idi. 2011-ci ildən edilən bir araşdırmaya görə, bu gün də dünyanın çirkli çaylarından biri olan Qanq çayının suyunun 100 mililitrində 1,1 milyard nəcisli bakteriya var. Bu nisbət, yuyuna biləcəyiniz ən pis sudan 500 min dəfə daha çox çirklidir. Hindlilər bu çayda çimməyin müqəddəs olduğuna inanaraq gündəlik işlərində çay suyundan maksimum istifadə edirlər. Bu səbəbdən, vəba epidemiyası bu bölgədə geniş yayılmış bir xəstəlik növüdür.

Üçüncü vəba xəstəliyi -1855-ci il ilə 1859-cu il arasında Çində başlayan və dünyaya yayılan virus təkcə Çin və Hindistanda 12 milyon insanın ölümünə səbəb olub. Bu epidemiya Yustinian və Avropanın Qara vəbasından sonra “Üçüncü vəba” adlandırılıb. Təsirləri bir əsr davam edən epidemiya Amerika qitəsinə Uzaq Şərqdən siçanlarla keçib. Əvvəlki epidemiyalardan fərqli olaraq, tibb elmi bu xəstəliyin öyrənilməsinə və müalicəvi dərmanların hazırlanmasına imkan verib.

Birinci Dünya Müharibəsi zamanı yatalaq xəstəliyi -1914-1918-ci illər arasında “Typhus” bakteriyasını daşıyan bitlərin yaratdığı epidemiya müharibənin yaratdığı daha bir dəhşət idi. Avropa və Asiyada bu virus səbəbindən 25 milyon insan xəstələndi və xüsusilə Sovet İttifaqı ölkələrində təxminən 3 milyon insan öldü. Qərb ölkələri epidemiyanın nədən qaynaqlandığını başa düşdülər və bitlərdən xilas olmaq üçün tədbirlər görüldü. Şərq ölkələri virusa qarşı daha gec tədbir gördülər və buna görə dünyanın bu hissəsində daha çox insan öldü.

1918-ci il İspan Qripi pandemiyası - Birinci Dünya Müharibəsindən sonrakı illərdə 500 milyon insan tərəfindən yoluxmuş “H1N1” qrip virusu dünyada yüksək tempraturla müşahidə edilməklə 50-100 milyon arasında sağlam insanın ölümünə səbəb oldu. Bu rəqəm birinci və İkinci Dünya Müharibələrində ölənlərin ümumi sayından dəfələrlə çoxdur. Virusu digərlərindən fərqləndirən şey, daxil olduğu bədənin immunitet sistemi nə qədər güclü olsa, atəş daha yüksək olardı. İspan qripi tarixin ən böyük fəlakətlərindən biri olaraq qeyd edilib.

1957-ci il Asiya qripi pandemiyası - Çində başlayan virusun ördəklərdə formalaşaraq insana keçən bir xəstəlik olduğu düşünülür. Asiya qripi adlanan xəstəlik təxminən 4 milyon insanın həyatına son qoyub. Elə eyni vaksinlə epidemiyanın qarşısı alındı. Bir ildə virus səbəbi ilə 40 milyon insan peyvənd edilib. Asiya qripi kütləvi peyvəndin əhəmiyyətini və təsirini göstərən ən vacib nümunələrdən birinə çevrildi.

QİÇS virusu - 20-ci əsrin ortalarında, meymunlardan insanlara keçdiyi ehtimal olunan bu virusa ilk dəfə 1959-cu ildə Konqoda rast gəlinib. Ancaq onun diaqnozu və adı yalnız 1980-ci illərdə elan edildi. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan virusun müalicəsi üçün hələ bir həll yolu yoxdur. Xəstəliyə yoluxduqdan sonra ehtiyat tədbirləri görmək və ömür boyu dərman müalicəsi tətbiq etmək lazımdır.

Ebola, donuz qripi, quş qripi

2000-ci ildən bu günə qədər dünyada Ebola, "donuz qripi" kimi də tanınan H1N1 virusu, SARS və MERS olmaqla dörd böyük epidemiya yayılıb.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virusların səbəb olduğu xəstəliklərin bir çoxunun özünəməxsus müalicəsi və ya peyvəndi olmadığını nəzərə alsaq, ən çox ölüm faktı "donuz qripi" və Ebola virusundan baş verib. Bu günə qədər 28 638 insanda Ebola virusu aşkar edilib ki, onlardan 11 mini ölüb.

H1N1 virusu isə son 50 ilin ən qorxunc epidemiyası hesab olunur. Meksikada 2009-ci ilin mart ayında kütləvi epidemiyaya çevrilən xəstəlik Amerika qitəsindən sonra bütün dünyaya yayılıb. "Donuz qripi" üçün nəzərdə tutulan peyvənd hazırda ABŞ, İsveç və Macarıstanda istifadə edilir.

SARS (şiddətli kəskin tənəffüs yolu sindromu) ilk dəfə 2003-ci ilin fevral ayında Avropa, Şimali Amerika və Asiyada müşahidə olunub. Virus qısa müddətdə Honq-Konqdan sonra cografi regionlar üzrə 37 ölkədə yayılıb. 2002-2003-cü illər arasında 8 422 nəfərdə bu xəstəliyə rast gəlinib ki, onlardan 916-sı ölüb. Lakin 2004-ci ildən bu yana dünyanın hər hansı bir yerində SARS-Cov infeksiyasına rast gəlinməyib.

Yaxın Şərq respirator sindromu (MERS) ilk dəfə 2012-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanda aşkar olunub. Səhiyyə Nazirliyi ölkədə 186 nəfərə MERS diaqnozu qoyulduğunu elan etmişdi. Son üç ildə Səudiyyə Ərəbistanında MERS virusuna yoluxan 950 nəfərdən 412-si ölüb.

Daha bir epidemiya isə xalq arasında "quş qripi" kimi tanınan A qrupuna aid virusdur. "Quş qripi"nə yoluxan 245 insan həyatını itirib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) məlumatlarına əsasən İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb. ÜST-ün son məlumatına görə, quş qripi yeni qeydə alınan ölkələr Laos, ABŞ, Cənubi Afrika ölkələri və Səudiyyə Ərəbistanıdır. Ən çox quş qripi qeydə alınan ölkələr isə Çin və Vyetnamdır". Azərbaycanda quş qripi ilə bağlı hər hansı narahatçılıq vəziyyət qeydə alınmayıb. Son zamanlar mətbuatda adı daha çox hallanan "Zika" virusuna ilk dəfə 1944-ci ildə meşədə yaşayan meymunlarda rast gəlinib. Ötən il isə "Aedes aegypti" adlı ağcaqanad növlərində rast gəlinib. "Zika" virusunun yayıldığı Braziliyada oktyabr ayından bu yana 3 500-den artıq körpəyə "mikrosefal" diaqnozu qoyulub. Son olaraq Havay adalarında yeni doğulmuş körpədə "Zika" virusu mənbəli doğuş qüsuru aşkar edilib. Bu virus beyin funksiyalarında pozuntulara səbəb olur. İndiyə qədər "Zika" virusuna yoluxan 51 uşaq ölüb.

Koronovirus

Çinin Uhan şəhərindən başlayan virusa artıq 90932 nəfər yoluxub(bu hər gün dəyişir). Çində bugünə olan statistikaya görə 2976 nəfər insan həyatını itirib. Dünyanın qalan ölkələrində isə 143 nəfər ölüb (bu hər gün artır). Bu virusdan 48174 nəfər sağalıb, 7098 nəfər isə kritik vəziyyətdədir. Ümumdünya Səhiyyə Təşkilatının 3 marta olan məlumatına əsasən 76 ölkədə yayıldığı təsdiqlənən koronovirus epidemiyasının martın ilk günlərinə olan ölkələr üzrə statistikası belə başlayır.

Ölkə,digər

Cəmi

Yeni hallar

Cəmi ölümlər

Yeni ölümlər

Aktiv halları

Cəmi sağalıb

Ciddi kritik hallar

Çin

80151

+125

2944

+32

29943

47264

6806

Cənubi Koreya

4812

+477

28

 

4750

34

27

İtaliya

2036

 

52

 

+1835

149

166

İran

1501

 

66

 

1144

291

 

Diamond Princess

706

 

7

 

599

100

36

Yaponiya

274

 

6

 

225

43

23

Fransa

191

 

3

 

176

12

8

Almaniya

165

     

149

16

2

İspaniya

120

     

118

2

3

Sinqapur

108

     

30

78

6

ABŞ

103

+3

6

 

88

9

7

Hong Kong

100

 

2

 

62

36

6

Küveyt

56

     

56

   

Bəhreyn

49

     

49

   

Tailand

43

 

1

 

12

30

1

Tayvan

41

 

1

 

28

12

1

Boyük Britaniya

40

     

32

8

 

Və sairə,

Son virusun yayılma coğrafiyası və dünya təbliğat vasitələrindəki təbliğat istiqamətlərinə diqqət edəndə və bu prosesləri izləyərkən hazırki dünya siyasəti ilə daha çox həmahəng səsləndiyi, yaxud da bir az daha açıq desək hazırki dünya savaşının bir komponenti olduğu qənaətinə də gəlmək olar. Hazırki dünya savaşında istifadə olunan texnologiyaların kompleks müharibə üsullarında alovlu müharibə effekti yalnız lokal epizodik məkan və periodlarda istifadə olunur. Əsas müharibə isə informasiya, informasiya texnologiyaları, iqtisadi sabotaj və iqtisadi diversiyalar, psixoloji və kütlə psixologiyasının istifadəsi (rəngli inqilablar seriyası), mənəvi-psixoloji və bioloji planda və müstəvilərdə gedir. Lakin coğrafiya və geopolitik prizmadan baxanda təkcə bu koronovirusun meydana gəlməsi deyil, eyni zamanda çox güclü və nizamlı təbliğat işlərinin aparıldığının şahidi oluruq.

Bugün dünyada koronovirusdan daha təhlükəli və ölüm hallarına səbəb olan çoxlu faktlar var ki, onlarla mübarizə bu qədər qorxunc təbliğ olunmur.

Dünyada baş verən münaqişə və terror təşkilatlarının idarə olunduğu müharibələrin sayı Oslo Sülh Araşdırmaları İnsitutuunun (PRİO) sonuncu dəfə 2014-cü ildəki hesabatlarında 40 qaynar nöqtənin olduğu qeyd olunurdu və Uppsala Universiteti (İsveç) ilə birgə araşdırmaya görə isə II Dünya müharibəsindən bugünə qədərki dövrdə təxminən 256-dan çox sayda silahlı qarşıdurma məntəqələri mövcud olub ki, bu müharibələrdə isə ölən mülki əhalinin sayını dəqiq hesablamaq mümkün deyil.

Amerikanın Hərtərəfli Sülh Mərkəzi (CSP) 2017-ci il üçün təqdim etdiyi hesabatda 28 ölkənin birbaşa iştirak etdiyi 36 münaqişə bölgəsinin hal-hazırda mövcudluğunu göstərir. Buraya Koreya yarımadası, Hindistan, Pakistan, Əfqanıstan, Liviya, Yəmən, Nigeriya, Fələstin, Suriya və s. daxildir.

Dünya çapında avtomobil qəzalarının statistikası, hətta ayrı-ayrı hadisələrin faciəvi miqyası da heç də virus epidemiyalarından geri qalmır. 21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günüdür. Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bu gün bütün dünyada qeyd edilir. Dünyada avtomabil qəzalarında hər il 1,3 milyonadək insan dünyasını dəyişir. Bu göstəricinin 90 faizi yoxsul ölkələrin payına düşür. 20-50 milyon nəfər müxtəlif xəsarətlər alır, əlil olur. Qəza qurbanlarının sayı hətta müharibə, təbii fəlakət və digər fövqaladə vəziyyətlərdə ölən insanların sayından geri qalmır. Dünyada hər 24 saniyədə 1 nəfər avtoqəzadan dünyasını dəyişir. Ölənlərin 4/1-dən çoxu piyadaların və velosipedçilərin payına düşür. Dünyada baş verən avtomobil qəzaları nəticəsində hər il 500 milyard dollaradək iqtisadi ziyan dəyir. Avropada hər gün 350-yə yaxın adam YNH-lərində həlak olur, ildə 2,3 milyon nəfər zədələnir və ya əlil olur.

Statistikaya görə dünyada qəzaların 1,7%-i nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verir. 2019-cu il üzrə dünyada sərxoş vəziyyətdə törədilən qəzalardan ölənlərin sayı 250 mindən çoxdur.

Amma heç də bu istiqamətdə insanların maariflənməsi və dissiplinli olmasına yönəlik, sərxoş vəziyyətdə avtomobil idarə edilməsi əleyhinə geniş təbliğat işləri qurulmur.

Niyə? Çünki həm qanlı toqquşmalar, həm avtomobil qəzaları bugün daha çox insan ölümünə səbəb olsa da, bu daha çox maddi və material hadisədir, bunların mənəvi-psixoloji dəhşətini yalnız daxilində olduğu zaman əsasən insan özü hiss edir. Epidemiya isə gözlə görünməz “şeytancıqlar”ın böyük bir insanı daxildən parçalayıb məhv etdiyi üçün insana psixoloji təsiri daha böyük olur. Panika və psixolji-ruhi vəziyyətdə insanları yönəltmək, kütlə psixologiyası nəzəriyyəsindən istifadə etmək daha asandır. Buna görə də bugün dünya təbliğat mərkəzləri belə təşkilatlanmış şəkildə “qorxunc virusla mübarizəyə” qalxmağa daha çox həvəslidirlər.

Əlbəttə istənilən epidemiyadan qorunmaq, müdafiə olunmaq və ona qarşı mübarizə aparmaq üçün cəmiyyət maarifləndirilməlidir, önləyici tədbirlər görülməlidir, gigiyena və təmizlik qaydalarına ciddi əməl olunmalıdır. Və hətta zərurət yarandıqda bu tədbirlər məcburi və inzibati qayadada həyata keçirilməlidir. Çünki qeyd olunduğu kimi epidemiya fərdi deyil, kütləvi problemdir.

Heç şübhəsiz ki, Azərbaycanda tarixi və müasir epidemiyalar barədə məlumatlar hər bir azərbaycanlının ən çox ehtiyac hiss etdiyi məsələdir, xüsusən indiki dövrdə. Maraqlıdır ki, Xəzəryani, Azərbaycan və Qafqazın əsas hissəsində tarixən yaşayan insanların adət-ənənəsi, yaşam tərzi, inancları və təbii ekoloji mühit baxımından epidemiyalar üçün çox da əlverişli olmayıb. Yəni Allah-təalanın bizə bəxş etdiyi gözəl təbiət, rəngarəng iqlim və bu torpaqlarda yetişən nemətlərdən və sudan qidalanan insanların təbii immuniteti, psixoloji, ruhi-mənəvi sağlamlığı dünyanı lərzəyə gətirən virus, mikrob və digər kütləvi epidemiyalara qarşı daha dözümlü olmağa əsas verir. Tarixən mərhəmət hissi ilə əhatə olunmuş Azərbaycan xalqı epidemiya və kütləvi fəlakətlərə qarşı nəinki birləşərək birgə mübarizə aparmış, hətta humanitar köməyə və yardıma da diqqət ayırmışdır.

Hacı Zeynalabdin Tağıyev Pakistanı necə Azərbaycana əbədi dost etdi?

Sirr deyil ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ona görə də bir çox insanlar Azərbaycan-Pakistan tərəfdaşlığının 1991-ci ildən sonra, yəni müstəqillik dövründə formalaşdığını düşünür.

Qardaş ölkə ilə bu əlaqələrin əsasının qoyulması Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi tarixi yardım iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. Belə ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılıb. İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyiışirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər.

Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Ona görə də bu gün də 200 milyonluq Pakistan xalqı və dövləti Hacı Zeynalabdin Tagıyevin ruhuna hörmətlə yanaşırlar. Qeyd edək ki, Pakistan indiyə qədər Ermənistanı suveren dövlət kimi tanımır və Dağlıq Qarabağ probleminə münasibətdə Azərbaycanı dəstəkləyir. Eyni zamanda indi də Azərbaycan tərəfindən xeyriyyəçilik ənənələri qorunub saxlanılır. Heydər Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblər təmir edilib və bir sıra humanitar aksiya həyata keçirilib. Hazırda da dərin tarixi olan dostluq münasibətləri yüksək səviyyədə davam etdirilir.

Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatınının məlumatına görə martın 3-ə olan məlumatda 3 nəfərin koronovirusa yoluxduğu ehtimalı ilə karantinə alındığı göstərilir. Qonşu ölkələrdə və regionda yayılmış epidemiyadan sığortalanmaq çox çətindir.

Deməli, bu epidemiyanın ölkəmizdə də qeydə alınması qaçılmazdır. Amma istər əvvəlki virus epidemiyaları, istərsə də hazırki vəziyyəti təhlil etdikdə bu epidemiyaların mənəvi-psixoloji zərbəsi daha böyük olur nəinki özü.

Yeri gəlmişkən 2012-ci ilin dekabrın 21-i dünyanın sonu olacaq kimi təbliğatla dünyada nə qədər insanlarda əsəb, depressiya, psixoloji gərginlik yaratdılar. Axı bütün insanların əsəbləri və intellekti heç də yüksək hazırlıqlı vəziyyətdə deyil.

BƏS BUNLARI KİMLƏR EDİR?

Sualın bizim tərəfimizdən ən qısa cavabı- Azərbaycan eləmir, deməkdir.

Azərbaycan Dövlətinin maddi-texniki imkanı və ölkənin ən qiymətli sərvəti olan vətəndaşının sağlamlığını qorumaq üçün dünya standartını tətbiq etmək əzmi var. Bizim vətəndaşların qorxması üçün əsas yoxdur, amma qorunması üçün ciddi əsaslar var. Sadəcə olaraq biz digər xalqlardan fərqli olaraq yoluxan bacı-qardaşımızı güllələyərək xilas olmaq mənəviyyatında deyilik, biz, yoluxsa belə, kimsə qayğı ilə xəstənin sağalmasına sonadək çalışan Azərbaycanlıyıq.

Bir məntiqə də diqqəti çəkmək istəyirik. Allah-təala dünyanı yaratdıqdan sonra ilk insanlar olaraq Adəm və Həvvanı yaradıb. Deməli bütün insanlar bacı-qardaş, qohumdurlar və şeytan onların düşməni olaraq axıra qədər məhv etməyə çalışır və bugünədək milyonlarla insanlar epidemiyalarda, müharibələrdə, təbii fəlakətlərdə, qəzalarda və sairə kütləvi şəkildə məhv olublar. Amma dünya əhalisinin sayı 7 milyard yarımdan keçərək artmışdır ki, azalmamışdır.

Deməli, narahat olmağa dəyməz. Həyatın gözəl və mənalı olduğuna inanıb inamla yaşamaq lazımdır.

Resurs Analitik İnformasiya Mərkəzi

Xəbər lenti