YAP-çı baş redaktor Təhsil Nazirliyini "TOPA TUTDU"

2926
YAP-çı baş redaktor Təhsil Nazirliyini "TOPA TUTDU"

"Son vaxtlar müəllimlərə qarşı haqsızlıqlar məni çox narahat edir. Halbuki bir uşağın şüurlu inkişafında, vətənpərvər vətəndaş kimi formalaşmasında bəlkədə valideynlərdən daha çox xidmət göstərən məhz müəllimlərdir. Sosial şəbəkələrdən bildiyimiz kimi seçki dönəmində haqsız olaraq təhqir olunanlar da məhz müəllimlər oldu".

Mynews.az xəbər verir ki, bu fikirləri "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib. O, bildirib ki, indi müəllimlərlə bağlı başqa bir problem yaranıb:

"Bizim redaksiyaya müəllimlərdən çoxsaylı müraciətlər daxil olur. Səbəb isə onların yaşadıqları ünvanlara müxtəlif qurumların nümayəndələri gələrək repetitor kimi fəaliyyət göstərdikləri araşdırılır və bu hallar müəllimlər tərəfindən ciddi narazılığa səbəb olur.

İlk növbədə qeyd edim ki, kimlərsə tərəfindən (fərqi yoxdur) mənzillərə gedib bir-bir qapıları döymək və dövlət qurumları adından çıxış edərək, insanları narahat etmək yaxşı hal deyil, hətta deyərdim ki, qəbuledilməzdir. Dövlət qrumları tərəfindən müəllimlərə qarşı bu cür davranış inandırıcı deyil və sözsüz ki, bu hallar qanun və qərarlarla tənzimlənməlidir.

Digər tərəfdən isə vaxtilə Azərbaycanda təhsil sistemində mövcud nöqsanlar şagirdləri repetitorlara üz tutmağa vadar edib. Məncə ilk növbədə təhsil müəssisələrində tədrisin səviyyəsini müxtəlif metodlarla qaldırmaq lazımdır ki, şagirdlər təbii formada məktəblərə qayıtsınlar və repetitorlara ehtiyac qalmasın.

Təhsil kurslarının, repetitorların fəaliyyəti isə hansı qanunlar və qərarlarla tənzimlənməsi, eyni zamanda, bu problemin hansı zərurətdən yarandığı başqa bir sualdır. Məncə bu məsələdə müəllimlərin mənzillərinə daxil olaraq, repetitorluğunda ittiham etmək yox, əksinə dövlət tərəfindən təhsil sahəsinə göstərilən maddi və mənəvi dəstəyə rəğmən, təhsil metodikasında olan ciddi nöqsanları aradan qaldırmaq vacibdir".

Xəbər lenti