Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobil idarə edən zaman kəmər taxmayan sürücülərə xəbərdarlıq edib.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, mart ayının 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən kəmərlərin çıxarılması halları müəyyən edilərsə, məsuliyyətə cəlb ediləcəklər.
Belə ki, həmin nəqliyyat vasitəsini idarə edən sürücü kəmərlərin mövcud olduğu, lakin arxa və ya qabaq oturacaqdan asılı olmayaraq, hərəkət zamanı sərnişin tərəfindən istifadə edilməməsinə görə sərnişinlər inzibati məsuliyyət daşıyacaqlar.
“Sürücülər təhlükəsizlik kəmərlərini bağlamadıqları üçün İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə görə 40 manat cərimə olunurlar.
Sürücü təhlükəsizlik kəmərini çıxarıbsa, yaxud da idarə etdiyi avtomobilin təhlükəsizlik kəməri yararsız vəziyyətdədirsə, o zaman məsuliyyət sürücünün üzərindədir.
Bu halda sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, 50 manat cərimə olunacaqlar”, - deyə o qeyd edib.
K.Əliyev qeyd edib ki, kəmər varsa, avtomobildəki sərnişin onu bağlamırsa, İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən, 30 manat cərimə olunacaqlar.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub