"Təqdim olunan proqramlar yalnız biznesə və legal əmək bazarının içtirakçılarının hansısa formada müdafiəsi xarakteri daşıyır. İşsizlik müavinəti, sosial yardım kimi, sosial müdafiə mexanizmlərinin əhatə dairəsinin daha da genişləndirilməsi şərtdir. Bu proqramlar qeyri-legal əmək bazarı iştirakçılarına uyğun deyil".
Mynews.az redaktor.az-a istinadla xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bu yardımlardan fayadalanmaq üçün faktiki olaraq qanuni əmək bazarının iştirakçısı olmaq, əmək müqaviləsinə sahib olmaq kimi şərtlər var:
"Görünən odur ki, indiki şəraitdə vətəndaşa birbaşa güzəştlər nəzərdə tutulmayıb. Elektrik enerjisinin təchizatı ilə bağlı olan məsələdə, bir abunəçi üçün 1 kv/saat elektrik enerjisinin aylıq limitinin artırılması aşağı qiymətə istehlaka şərait yaradıb. Bu da təxminən bir ailəyə 4 manat aylıq güzəşt deməkdir. Kommunal xidmətlər üzrə kiçik güzəştdir".
İqtisadçı ekspert həmçinin qeyd edib ki, bütün kommunal xidmətlərdən, ödəniş haqlarından onların karantin dövründə azad edilməsi, həmin ailələrin sabit xərclərinin müəyyən qədər azalmasına və beləliklə də bu ailələrin maddi vəziyyətinin nisbətən sabit saxlanmasına, eyni zamanda həmin insanların karantin şərtlərinə əməl etməsinə müsbət ətsir göstərə bilər"
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub