Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Mynews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyacın olmadığını açıqlayıb. Nazirlikdən bildirivlər ki, xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.
Eyni zamanda, işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq "e-xidmətlər” bölməsindən "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir.
Bunun üçün "Asan İmza”, "Elektron imza” və yaxud Fərdi İdentifikasiya Nömrəsindən (FİN) istifadə etmək lazımdır. Əgər bunlar vətəndaşda yoxdursa, o zaman FİN nömrəsi almaq üçün qeydiyyatdan keçməlidir.
Bunun üçün "Qeydiyyatdan keçin” bölməsinə daxil olaraq şəxsiyyət vəsiqənizin FİN kodunu və mobil nömrənizi daxil edirsiz. Sizin mobil nömrənizə kod gəlir və bu kod vasitəsilə siz sistemə daxil olursunuz. Bu mərhələdən sonra sizdən tələb olunan məlumatları sistemə daxil edirsiniz. Sistemdə sizdən tələb olunan məlumatlar tam şəkildə doldurulduqdan sonra siz işsiz kimi qeydə alınırsınız.
Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq. Bununla bağlı mexanizm hazırlanır. Bu proses yaxın günlərdə başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada (bank xidmətləri vasitəsilə) ödəniləcək.




1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub