Bir neçə gün öncə Böyük Britaniyalıların koronavirusun 5G vasitəsilə yayılması iddiasına inanaraq ən az 7 dənə 5G qülləsini yıxması barədə xəbər vermişdik. Buna səbəb sosial şəbəkələrdə virusun 5G vasitəsilə yayılması barədə deyilən iddialar olub. Maraqlıdır ki, bu nəzəriyyəni şou biznes ulduzları, tanınmış idmançılar da dəstəkləyirlər.
Mynews.az Bizimyol.info-a istinadla məlumatına görə, günlər keçdikcə 5G-ni düşmən görənlərin sayı artmaqdadır və bu texnologiyaya qarşı hücumlar artır. Bəs 5G nədir və bu iddialar necə yaranır? Mütəxəssislər iddia edir ki, 5G bir texnoloji silahdır.
5G (ing. fifth generation) — 5-ci nəsil kabelsiz mobil texnologiya. 5G texnologiyasının tərifi barədə fikir ayrılıqları var. İTU İMT-2020 standartlarına görə 5G saniyədə 20 Qiqabitə qədər sürətli internet təmin edə bilər, amma bu yalnız yüksək tezlikdə (15 Qiqahers və yuxarı) mümkündür. Ən son 3GPP standartına görə isə 5G aşağı tezlikdə, 600 MHs-dən 6 GHs-ə istifadə oluna bilər. Amma bu 4G ilə müqayisədə ancaq 15-50 % daha sürətlidir. Buna görə də aşağı tezlikdə 5G texnologiyası 4G texnologiyasının "təkamülü" adlandırıla bilər.
Əziz ƏlibəyliEkspert Əziz Əlibəylinin fikrinə görə, Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.
Hansı dövlət və ya şirkət 5G tətbiqini daha tez reallaşdırsa, dünyaya onu dəstəkləyən yeni telefonları da təqdim edəcək.
İndi az da olsa, aydın olur ki, koronovirusun 5G ilə iddia edilən formada yox, dünayaya texnoloji sahiblik fonunda əlaqəsi var. Virus hansı ölkənin iqtisadiyyatını məhv edəcəksə, o bu texnologiyaya daha az şəkildə sahib olacaq.
Bu isə öz növbəsində təkcə maliyyə itkisi deyil, internet sürəti hesabına dünyanın informasiya arxivinin ələ keçirilməsi, data-bazasına sahib olmaq anlamına da gəlir.