Bir neçə gündür ki, tətbiq olunan xüsusi karantin rejimi əsasında vətəndaşların evdən çıxması üçün müvafiq icazələrin alınması prosesi davam edir.
Mynews.az xəbər verir ki, “ASAN Xidmət”in tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.
Yəni vətəndaşlar icazə almaq üçün yenə də 8103 nömrəsinə müvafiq 1, 2, yaxud 3 rəqəmini göndərir. Bu zaman hər hansı problem yaranarsa, yeni yaradılan 9108 Çağrı Mərkəzinə zəng edərək, suallarına cavab tapa bilərlər.
Müraciətlər həftənin bütün günləri saat 09:00-dan 21:00-dək həyata keçirilir. Eyni zamanda, vətəndaşların daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədilə 24 saat avtomatlaşdırılmış rejimdə vətəndaşların sorğularını cavablandıran sistem fəaliyyət göstərir.
Çağrı mərkəzində ilk dəfə olaraq vətəndaşlar üçün rahatlığın və əlçatanlığın, eyni zamanda sosial məsafənin təmin edilməsi məqsədilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən “ASAN Xidmət” mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri isə evdən olmaqla işə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təchiz ediliblər.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub