Aprel Şəhidimiz gizir Elimdar Səfərovun ötən il anası Aminə xanıma yazdığı təbrik məktubu sosial şəbəkədə yayılıb. Şəhidimizin anasına son təbriki hamını kədərləndirib.
Ötən il mart ayı elə xidmətdə olarkən, Gizir Elimdar Səfərov anasının mobil telefonuna bu sözləri yazıb: “Salam ürəyim! Sənin əllərindən öpüb, bayramını təbrik edirəm canım anam. Bağışla ad günündə və bayramda yanında ola bilmədim. Əsas odur ki, qardaşım ordadı. Düzdürmü? Öpürəm. Evdəkilərə Salam de. Özüm zəng vuracam...”
Moderator.az xəbər verir ki, Şəhidimizin anası Aminə xanıma yazdığı həmin təbrik məktubunu sosial şəbəkədə Şəhidimizin qardaşı Elizbar Səfərov yayımlayıb.
Xatırladaq ki, gizir Elimdar Səfərov Neftçala rayonunun Aşağı Qaramanlı kəndində doğulub. Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan qəhrəman gizirimiz elə doğulduğu kəndə böyük izdihamla dəfn edilib.
Allah rəhmət eləsin!