Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirusa görə elan olunmuş karantin rejiminin şərtləri yumşaldılıb.
Yumşalma nəticəsində bir çox müəssisələrin fəaliyyətinə icazə verilib.
Sosial şəbəkələrdə gələn həftədən başlayaraq rayon qeydiyyatı olan şəxslərin də Bakıya buraxılmasına icazə veriləcəyi ilə bağlı məlumatlar yayılıb.
Mynews.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda müxtəlif qurumların nümayəndələri təmsil olunur:
Ola bilsin ki, yumşalma bu istiqamətdə də olsun. Koronavirusa yoluxanların, sağalanların və ölənlərin say nisbəti müqayisə edib bu istiqamətdə addım ata bilər. Ancaq bunu əvvəlcədən söyləməsi düzgün deyil. Yayılan informasiyalar məncə erkəndir.
Çünki vətəndaşları buna situmullaşdırmaq düzgün deyil. Dövlət harada yumşalma mümkündürsə, onu reallaşdıracaq. Vətandaş Bakıya malını gətirib satmalıdır və ya müalicəsi üçün gəlməlidir. Əlbəttə bütün bunlar insanların sıxıntısıdır.
Amma birinci növbədə can sağlığı və təhlükəsizlik daha önəmlidir. Şəhərin tam yüklənməsi virusun yenidən yayılmasına səbəb ola bilər. Ona görə də bu məsələdə tələsmək lazım deyil.
Operativ Qərargahın verəcəyi qərarı gözləməliyik. Öncədən bunu arzu kimi bildirmək düzgün olmazdı".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub