Karantindən sonra koronavirus təhlükəsinə görə metrodan istifadə etməyə qorxan sərnişinlər heç də narahat olmasınlar. Çünki təhlükənin qarşısının alınması məqsədi ilə Bakı metrosunda hazırlıq işləri görülür.
Mynews.az xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O, hazırda bu istiqamətdə hazırlıq işlərinin görüldüyünü bildirib:
"İşlərin qurulması və aparılmasında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur.
Hazırda metropolitendə infrastrukturun qorunması, tunel və avadanlıqların sağlamlığının təmin edilməsi, texnoloji proseslərin, texniki istismar qaydalarının tələblərinə müvafiq qaydada təmin edilməsi işləri müntəzəm aparılır”.
Bəxtiyar Məmmədov onu da bildirib ki, metro Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra fəaliyyətini bərpa edəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub