“Lider” telekanalında çalışan bütün əməkdaşlar işdən uzaqlaşdırılıb.
Mynews.az xəbər verir ki, bu barədə saytımıza telekanalda çalışan əməkdaşlardan bir neçə nəfər məlumat verib. Onların sözlərinə görə, rəhbərlik birmənalı şəkildə işçilərdən ərizə yazaraq, məzuniyyətə çıxmalarını tələb edib.
Başqa çıxış yollarının olmadığını deyən işçilər məzuniyyətlə bağlı ərizə yazıblar. Ötən ay üzrə əməkhaqlarının verilmədiyini bildirən əməkdaşlar rəhbərliyin bu barədə onlara dəqiq bir söz də demədiyini qeyd ediblər.
İşçilərin böyük hissəsi işdən kənarlaşdırılıb, texniki heyətdən bir neçə əməkdaş saxlanılıb. Bəzi əməkdaşlara isə keçən həftənin şənbə günündən işə gəlməmələri tapşırılıb.
Eyni zamanda, telekanal əməkdaşlarına nə ötən ayın maaşlarının, nə də kompensasiyanın verilib-verilməyəcəyinə dair heç bir söz söylənilməyib.
Telekanal əməkdaşlarının sözlərinə görə, hər kəsin zorla məzuniyyətə göndərilməsinə səbəb “Lider” TV-də yaşanan maliyyə problemləridir.
Telekanalın Xəbərlər Departamenti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmayıb.(oxu.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub