Resurs Analitik İnformasiya Mərkəzinin saytı fəaliyyətə başladı

8412
Resurs Analitik İnformasiya Mərkəzinin saytı fəaliyyətə başladı

Resurs Analitik İnformasiya Mərkəzinin fəaliyyəti, aparılan sosioloji və digər tədqiqatlar, eyni zamanda təhlil-proqnoz və şərhlər, analitik məqalələr sizə-xalqımıza və dünyanın hər yerində yaşayan izləyicilərimizə Facebook, İnstagram və Tvitter kimi sosial şəbəkələr vasitəsi ilə çatdırıla bilirdi. Artıq bu gündən Resurs Analitik İnformasiya Mərkəzinin yeni saytı fəaliyyətə başladı. Resurs Analitik İnformasiya Mərkəzinin ofis rəhbəri Rəvan Bağırovun SİA-ya verdiyi məlumata görə, Mərkəzin cari və perspektiv fəaliyyətini, ölkəmizdə, regionda və dünyada baş verən önəmli proseslərin Resurs AİM prizmasından və baxış bucağından www.resursaim.az saytından izləyə bilərsiniz.

Ofis rəhbəri bildirib ki, resursaim.az saytı siyasi-iqtisadi, sosial, mənəvi-psixoloji, elmi-publisistik və beynəlxalq münasibətlərin tarixi və bu tarixin müasir münasibətlər sistemində rolu və təsiri, həmçinin beynəlxalq proseslərin təhlili və bu proseslərin regiona və Azərbaycana təsiri, eləcə də dünyada baş verən ən vacib hadisələr haqqında analitika, şərh, təhlil, siyasət, tədbirlər, iqtisadiyyat, mədəniyyət, cəmiyyət, tarixi faktlar, cəmiyyət və aktual problemlər, müsahibələr, sosial tədqiqatlar və araşdırmalar bölmələrində sizə çatdırmağı qarşısına məqsəd qoyub.

"Saytımız ən müasir texniki standart və tələblərə uyğun olaraq hazırlanıb və izləyicilərə beş dildə təqdim olunacaqdır. Resurs Analitik İnformasiya Mərkəzi yeni hazırlanmış resursaim.az saytı vasitəsi ilə vətəndaşlarımıza pulsuz hüquqi yardım almaq şəraiti də yaradıb. Bunun üçün saytımız vasitəsi ilə birbaşa onlayn əlaqə qura bilərsiniz. Vətəndaşlarımızı narahat edən problem və yaxud da müzakirə etmək istədiyiniz suallarınızla müraciət edə bilərsiniz. Eyni zamanda sosial sorğular, ictimai müzakirələr, sosial-ictimai münasibətlərin ifadəsi üçün saytda onlayn ünsiyyət imkanlarından da istifadə olunmasına texniki şərait yaradılmışdır", deyə Rəvan Bağırov bildirib.

Xəbər lenti