Sfera.az əbər verir ki, "Avropa ölkələri koronavirus pandemiyasının ikinci dalğasına hazır olmalıdır. Bu səbəbdən səhiyyə sisteminin gücləndirilməsinə, tibb müəssisələrinin ilkin tibbi-sanitar yardım və reanimasiya şöbələrinin imkanlarının artırılmasına xüsusi diqqət yetirilməlidir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Klyuqe "The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, ikinci dalğa payızda başlaya bilər:
"Payızda koronavirusun ikinci dalğası ilə qarşılaşa bilərik. Bu dalğa fonunda qrip və qızılca xəstəlikləri də yayıla bilər. Buna görə də məhdudlaşdırıcı tədbirləri yumşaldan ölkələr bayram etmək əvəzinə, hazırlıq görməlidir”.
Nəşrin yazdığına görə, əksər mütəxəssislər, o cümlədən İngiltərənin baş sanitar həkimi Kris Uitti hesab edir ki, koronavirus pandemiyasının ikinci dalğası birinciyə nisbətən daha öldürücü ola bilər və bu, 1918-1920-ci illərdəki ispan qripinin gedişatını göstərir.
Belə ki, 1918-ci ildə adi payız qripinin simptomları ilə yayılmağa başlayan xəsətlik daha təhlükəli formada qayıtmış və 50 milyonadək insanın həyatına son qoymuşdu.
"Biz tarixdən bilirik ki, pandemiya dövründə ziyan görməyən ölkələr ikinci dalğadan əziyyət çəkə bilərlər”, – deyə Klyuqe əlavə edib. (medicina)