Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəz (KTM) koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək:
“KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib. Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək.
Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda, Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər”.
14:11
1 saylı Kliniki Tibbi Mərkəz bağlanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.
Mənbədən verilən məlumata görə, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:
“Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicəsi aparılacaq”.