AQSİA sədri Türkiyədə nüfuzlu mükafatlara layiq görülüb

10203
AQSİA sədri Türkiyədə nüfuzlu mükafatlara layiq görülüb
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva Türkiyədə “İlin mükafatı”na layiq görülüb.    Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının İdarə Heyətinin qərarı ilə bu mükafatla təltif edilən Səkinə Babayeva eyni zamanda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru seçilib. Türk dünyası mədəni-iqtisadi əlarələrinə verdiyi tövhələrə və Türkiyə-Azərbaycan arasında qardaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə, "İlin iş adamı" nominasiyasını isə AQSİA sədrinə isə TDAUİA-nın Mükafat Komitəsi təqdim edib.   Türkiyədə yüksək etimada layiq görülən Səkinə Babayeva 1964-cü ildə Zəngilan rayonunda anadan olub. 1987-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunu bitirib. 1982-ci ildən N.Nərimanov adına Bakı Trikolaj İstehsalat Birliyində sarıyıcı kimi fəaliyyətə başlayıb və nəzarətçi, mühasib, baş mühasib işləyib. 2000-2006-ci illərdə İdarə Heyətinin sədr müavini, 2006-ci ildən İdarə Heyətinin sədri olub. Hazırda Bakı Tekstil Fabrikinin direktorudur. Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədridir.   Hər şeyi qurban verərəm, bircə gün Zəngilana qayıdım…   Səkinə Babayeva mətbuata açıqlamasında bildirib ki, həyatda ən böyük arzusu yenidən doğma Zəngilana qayıtmaqdır.   "Zəngilanda bizim uşaqlığımız, gəncliyimiz keçib. Biz o torpaqda ayaqyalın-başıaçıq böyümüşük, amma suyu, havası təmiz idi. Bu suyun və havanın təsirindən güc alır, dövlətə layiqli vətəndaş olmağa çalışırdıq. Bu gün mən Bakı Testil Fabrikinin direktoruyam və təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, yüngül sənayesinin istehsalı sahəsində dərin təcrübəyə malikəm. Bu təcrübənin əsası Zəngilanda qoyulub. O zaman biz təhsilə maraq göstərir, eyni zamanda tikiş işlərində evdəkilərə yardım edirdik. Sonradan bu bir maraq vərdişə çevrildi və mən əldə etdiyim peşəkar uğurlarıma görə, doğma Zəngilanıma borcluyam"- deyə tanınmış QHT sədri bildirib.      Bacarıqlı biznes-ledi: Fəaliyyəti onun barədə nə deyir?   Səkinə Babayevanın rəhbəri olduğu Bakı Tekstil Fabriki bu gün Cənubi Qafqazın aparıcı müəssisələrindən biridir. Bu fabrikdə adi sayırıcıdan nəzarətçi, mühasib, baş mühasib və sədr müavini vəzifəsinə qədər yüksəlib. 2006-ci ildən isə direktorudur. Müəssisədə yüksək kеyfiyyətə və təhlükəsizlik göstəricilərinə mаlik хüsusi təyinаtlı gеyimlərlə (unifоrmаlаrlа) yаnаşı, dünyа və Avrоpа stаndаrtlаrınа uyğun 5 mindən çох çеşidli trikоtаj məhsulu istеhsаl оlunur. Eyni zаmаndа, müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir. Müəssisənin kоllеktivi trikоtаj istеhsаlı üzrə bir çох qаbаqcıl ölkələrdə təşkil оlunаn trеninqlərdə və ixtisaslaşma mərkəzlərində mütəmadi iştirаk еdir, yеni təkliflər və rеаl prаktikа bаzаsı yаrаdır. İstehsal etdiyi məhsullarda milli atributlara üstünlük verən fabrik yüksək keyfiyyət, peşəkarlıq və milli dəyərlər prinsipinə əsaslanaraq qurur və istehsal etdiyimiz məhsulları “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxarır.        Maska qıtlığı yarandığı bir dövrdə...   Koronavirus pandemiyası bütün bəşəriyyəti təhdid edir və hər gün onminlərlə insan bu amansız bəlanın qurbanına çevrilib. Təsadüfi deyil ki, pandemiya ölkəmizdən də yan keçməyib və hər gün yüzlərlə insan bu xəstəliyə yoluxur. Koronavirusla bağlı beynəlxalq protokollar ara məsafəsi gözlənilməsini və maska ilə hərəkəti şərtləndirir. Azərbaycanda xəstəliyin yeni yarandığı və maska qıtlığı yarandığı bir dövrdə Səkinə Babayeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsini ərsəyə gətirdi. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun dəstəyilə yaradılan müəssisədə tibbi maskaların qablaşdırılması üçün xüsusi qutulardan tutmuş ən incə detallar da yerli istehsaldır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın açılış etdiyi müəssisə birinci mərhələdə gündəlik 120 min, ikinci mərhələdə 200-250 min maska istehsal etmək iqtidarındadır.     Qadın sahibkarları bir araya gətirən platform…    Səkinə Babayeva 2017-ci ildə əsası qoyulan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədridir. Nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da kifayət qədər populyarlıq qazanan Assosiasiyanın tərkibində yüzlərlə xanım sahibkar cəmləşib və regional ofisləri fəaliyyət göstərir. Qadın sahibkarlar arasında qarşılıqlı və faydalı əməkdaşlığa nail olan AQSİA çoxsaylı uğurlu layihələr həyata keçirib. Xanım sahibkarlar arasında təcrübə mübadiləsinə və birgə fəaliyyətə üstünlük vern qurum vaxtaşırı olaraq ictimai tədbirlər, təlimlər, seminarlar keçirir. Koronavirus pandemiyası dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Biz birlikdə güclüyük” xeyriyyə aksiyalarında fəal iştirak edən AQSİA-nın bütün bu uğurları təsadüfi deyil və sədr Səkinə Babayevanın yüksək təşkilatçılıq qabiliyyətinin göstəricisidir.     Qeyd edək ki, ötən illərdə Azərbaycanın bir neçə görkəmli ictimai xadim və elm xadimi də - AMEA-nın həqiqi üzvü , Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının keçmiş sədri Arif Mehdiyev, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Akif Əlizadə, akademik, Əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, Akademik,  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyev - sözügedən mükafata layiq görülüb.  

Xəbər lenti