Xüsusi karantin rejiminin tətbiq edildiyi paytaxt ərazisində qaydaların pozulmamasına nəzarət ciddi şəkildə davam etdirilir.
Baku TV xəbər verir ki, şəhərin müxtəlif istiqamətlərində qurulan nəzarət-yoxlanış postları və polis əməkdaşlarının da sayı artırılıb.
Postlarda istisnasız olaraq, bütün nəqliyyat vasitələri saxlanılır və istər sürücü, istərsə də sərnişinlərin çölə çıxma icazəsinin olub-olmaması yoxlanılır. Postlarda ləngimə halları və bunun nəticəsində sıxlığın aradan qaldırılması üçün Dövlət Yol Polisi əməkdaşlarının bort kompüterlərinə yeni proqram yazılıb.
Bunun sayəsində cəmi beş saniyəyə vətəndaşın icazəsinin olub-olmaması müəyyən edilir. Müşahidələr onu göstərir ki, posta yaxınlaşdığı halda, maska taxmağın vacibliyini hələ də başa düşməyənlər var. Elə icazəsiz çölə çıxanlara da rast gəlinib ki, karantin rejiminin tələblərini pozduqları üçün müvafiq qaydada cərimələniblər.
Qeyd edək ki, 26 iyun gecə yarısından etibarən sutka ərzində xüsusi karantin rejiminin tətbiq edildiyi ərazilərdə qaydaların pozulmasına görə 2094 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub