COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.
Qazet.az-ın məlumatına görə, bununla da daha 8 şəhər və rayon daxil olmaqla, Azərbaycanda 16 şəhər və rayonda xüsusi karantin rejimi tətbiq edilib.
Son günlər isə sosial şəbəkələrdə xüsusi karantin rejiminin 20 iyuldan sonra da uzadılacağı barədə məlumatlar öz əksini tapır.
Qazet.az-ın əldə etdiyi məlumata görə bununla bağlı rəsmi qərar yoxdur. Bildirilir ki, xüsusi karantin rejiminin uzadılması yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq.
Qeyd edək ki, sərt karantin rejimi tətbiq edilməyən şəhər və rayonlarda yoluxma halları artarsa, həmin ərazilərdə də mövcud vəziyyət tətbiq edilə bilər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub