Ermənilərin daha çox yaşadığı ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılarla ermənilər arasında ciddi qarşıdurma yaşanıb, - bu barədə Anews.az-a jurnalist Qənirə Ataşova məlumat verib.
Onun sözlərinə görə, hətta polis ermənilərin qarşısını ala bilməyib. "Ermənilər Qarabağla bağlı protest təşkil edib. Bizimkilər də hadisə yerinə gəlib "Qarabaq" şüarını səsləndirməyə başlayıblar. Amma ermənilərin sayı çox olub. Polis azərbaycanlıları ermənilərin əlindən almağa çalışsa da onlar polisə belə şiddət edərək bizimkiləri döyməyə başlayıb. Bu bir daha sübut edir ki, ABŞ-ın mərkəzində belə vəhşilik edən millət Xocalıda da qırğınlar törədə bilərdi", deyə jurnalist vurğulayıb.
Ataşovanın sözlərinə görə, döyülən yeddi azərbaycanlı xəstəxanaya yerləşdirilib, aralarında reanimasiyaya qoyulanlar da var.
Jurnalist bildirir ki, Los-Ancelesdəki Azərbayca konsulluğunun işçiləri polisin ermənilərlə əlbir olmaqda şübhələnir. "Çünki bizimkilər ermənilərdən aralı dayanıbmış. Onları ermənilər tərəfə polis keçirib. Bundan sonra bizimkiləri döyməyə başlayıblar", - deyə Ataşova əlavə etdi.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub