Azərbaycandan daha 79 İran vətəndaşı ölkəsinə qayıdıb.
APA-nın məlumatına görə, bu barədə İranın Azərbaycandakı yeni səfiri Abbas Musəvi İRNA-ya açıqlamasında deyib.
Koronavirus epidemiyası səbəbi ilə sərhədlərin bağlanması nəticəsində Azərbaycanda qalan İran vətəndaşları ölkələrinə qayıtmaları həyata keçirilir.
Şənbə günü daha 79 nəfərlik qrup İran-Azərbaycan sərhədini keçərək ölkəsinə gedib. A.Musəvi deyib ki, indiyədək doqquz qrup şəklində 1300 nəfər İran vətəndaşı ölkəyə geri qayıdıb.
Qeyd edək ki, İran-Azərbaycan sərhədi mart ayından bağlanıb və iki ölkə arasında hava uçuşları da dayandırılıb. Sərhədlərin bağlanmasına baxmayaraq nəqliyyatın gediş-gəlişi üçün şərait yaradılıb və yük daşımaları davam etdirilir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub