Metro və avtobusun qiyməti bahalaşır? AÇIQLAMA

4035
Metro və avtobusun qiyməti bahalaşır? AÇIQLAMA

“Taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılacağı niyyətindən xəbər verir. Öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqlarının qaldırılacağı ilə bağlı iddialar var. Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik olsun” .

Bunu iqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb. Maraqlıdır, Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə ön sırada dayanır. Belə ki, metroda gediş haqqının da bahalaşması gözlənilirmi?

Bununla bağlı Sonxeber.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov danışıb: “İndiki dövr üçün biz hələki metronun açılmasını gözləyirik. Bu ilin may ayında belə bir söhbət olmuşdu. Həmin vaxtı da xəbər var idi ki, metronu ona görə açırlar ki, qiyməti artırsınlar. Məndə elə bir məlumat yoxdur. Günorta iclasımız baş tutsa bu barədə marqlanaram”.

***

Avtobuslarda gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır.

Bunu Axar.az-a avtobusların qiymətinin 50 qəpik olacağı ilə bağlı proqnozuna cavab olaraq BNA-nın mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, bu məsələlərə Tarif Şurası baxır:

“Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil.

Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır”.

Qeyd edək ki, iqtisadçı Qubad İbadoğlu taksilərlə bağlı BNA-nın konsepsiyasının avtobusların qiymətinə də təsir edəcəyi, metro və avtobusların qiymətinin 50 qəpik olacağı ilə bağlı proqnoz verib.

Xəbər lenti