“Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edilib”.
Mynews.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, cəbhənin Füzuli-Cəbrayıl istiqmətində aparılan hərbi əməliyyyatlar nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Qoradiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.
“Ağdərə rayonu istiqamətində Murovdağı silsiləsində yerləşən bir neçə postlar dağıdılaraq yüksəkliklər geri alınıb”, – o deyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub