Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycanın Qarabağ cəbhəsində başlatdığı hərbi əməliyyatlar xalqımız tərəfindən birmənalı dəstək görməkdədir. Lakin yerli ictimai rəylə yanaşı, beynəlxalq aləmin də diqqəti Qarabağdadır. “Resurs” Analitik İnformasiya Mərkəzi bununla bağlı ictimai rəyd arasında sosioloji sorğu keçirib. Sorğunun nəticələrini KİV-lərin diqqətinə çatdırırıq:
Azərbaycan Respublikasının vətəndaşı ___________
doğum tarixi_____________
cinsi 1.kişi _____ 2. qadın
İş yeri __1. daimi, 2. işləyir __3. müvəqqəti işsiz __4. işləmir __
Ailə vəziyyəti: 1. ailəli___, 2. subay___,3. ailə başçısı___
Sual 1. Sizcə Azərbaycan tərəfi əks hücum əməliyyatını dayandırıb danışıqlara başlamalıdır, yoxsa müharibəni davam etdirməlidir?
a) Müharibəni dayandırıb üstün tərəf kimi danışıqlara başlamalıdır - 17,4%
b) Müharibəni davam etdirməlidir – 82,3%
c) Torpaqlarımızın danışıqlar yolu ilə azad olunacağına inanıram ---
d) Sizin şəxsi fikriniz: Otuz ildir elan olunmamış müharibə gedir, nəticəsiz danışıqları istəmirik.
Sual 2. Müharibə nə qədər zaman davam edə bilər, siz buna hazırsınızmı?
a) Bir ay – 11,8%
b) Altı ay ---
c) Sona qədər – 89,2%
2.1. mən müharibə istəmirəm ---
2.2. Mən müharibəyə hazıram - 0,7%
d) Sizin şəxsi qeydiniz: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu bütün torpaqlarımızı düşmən işğalından azad edəcəyinə əminəm.
3. Dövlət tərəfindən elan olunmuş hərbi vəziyyət və qismən səfərbərlik sizi qane edirmi?
a) Düzgün qərardır – 93,7%
b) Qane etmir ---
c) Qismən qane edir 6,3%
d) Sizin şəxsi fikriniz: Dövlət başçısının siyasətinə, qərarına inanıram, Ali Baş Komandana güvənirəm.
4. Azərbaycan ordusunun torpaqlarımızını azad edəcəyinə əminsinizmi?
a) Bəli, döyüş tapşırıqlarını uğurla yerinə yetirmək gücündədir - 21,2%
b) Xeyr, hələ tam formalaşmayıb ---
c) Azərbaycan silahlı qüvvələri mükəmməl konpakt güclü ordudur və qalib gələcəyinə əminəm - 79,8%
d) Şəxsi qeydiniz: Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclüdür.
5. Pandemiya və hazırkı müharibə sizi qida və maddi ehtiyatlar barədə düşünməyə vadar edirmi?
a) Bəli düşünürük – 5,1%
b) Xeyr narahat etmir – 23,6%
c) Dövlətimizin gücünə inanırıq – 71,3%
d) Şəxsi qeydiniz: Dövlətimizin gücünə inanırıq, dövlətə güvənirik, yaşam tərzi və sosial iqtisadi vəziyyətimiz həmişəki qaydada davam edir, heç bir xüsusi narahatçılıq hiss etmirik.
Ekspert qeydi: Keçmiş illərdə kosmik və digər təbii fəlakətlər, kataklizmlər zamanı insanların qida və zəruri təsərrüfat mallarını ehtiyat saxlanc üçün aldıqları hallar olmuşdur. Ona görə də, ticarət mərkəzləri və marketlərdə aparılan monitorinq zamanı vətən müharibəsi başlayandan bu günə qədər ticarət dövriyyəsində heç bir xüsusi dəyişikliyin olmadığı aşkarlandı.
6. Sizcə, bu gün Azərbaycanda və dünyada azərbaycanlıların milli həmrəyliyi ən yüksək həddədirmi?
a) Bəli, yüksək həddədir - 3,2 %
b) Xeyr ən yüksək həddə deyil – 2,7%
c) Azərbaycanda yüksək milli həmrəylik mövcuddur, dünya azərbaycanlılarının da dəstəyini hiss edirik – 86,9%
72 nəfər suallara cavab verməyərək öz xüsusi qeydlərini yazmağa üstünlük vermişdir.
d) Şəxsi qənaətiniz: Azərbaycan xalqı, bütün azərbaycanlılar Ali Baş Komandanın ətrafında birləşib və Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndirir.
7. Sizcə, Azərbaycanın ədalətli savaşında hansı dövlətlər Azərbaycanın yanındadır, hansı dövlətlər əks-cəbhədədir?
a. Azərbaycanın yanında:
1. |
Türkiyə |
100% |
2. |
Pakistan |
100 % |
3. |
Gürcüstan |
97,6% |
4. |
Ukrayna |
97,3% |
5. |
Rusiya |
21,2% |
6. |
İran |
19,6% |
7. |
Fransa |
__ |
8. |
ABŞ |
49,1% |
9. |
Qazaxıstan |
79,8% |
10. |
Əfqanıstan |
96,7% |
11. |
Qırğızıstan |
95,8% |
12. |
Macarıstan |
78,3% |
13. |
Latviya |
67,8% |
14. |
Bularusiya |
62,6% |
15. |
Böyük Britaniya |
31,7% |
16. |
Almaniya |
29,8% |
b. Əks tərəfdə olan dövlətlər
1 |
Fransa |
100% |
2. |
Rusiya |
75,3% - 35 nəfər çətinlik çəkib cavab verməyib |
3. |
ABŞ |
47,3% 36 nəfər cavab verməyib |
4. |
Belorusiya |
0,5 % |
5. |
Qazaxıstan |
0,7% |
6. |
İran |
78,7% 17 nəfər cavab verməyə çətinlik çəkib |
7. |
Böyük Britaniya |
0,9% |
8. |
Almaniya |
1,2% |
- Azərbaycanda çox böyük milli ruh və çox güclü milli birlik mövcuddur
- Əhali arasında aparılan maarifləndirmə, təbliğat və təşviqatın müsbət nəticəsi olaraq xalq vətən müharibəsi, ədalətli, haqq müharibəsini, hərbi vəziyyət, müharibənin yazılmış və yazılmamış qaydaları barədə yüksək məlumata malikdir, dövlətimizə və rəsmi qaynaqlara çox etibar edir və inam-etibardan doğan itaətlə bütün qaydalara sözsüz əməl edir. Yəni bu gün Azərbaycan xalqına qarşı daxili, ideoloji, informatif təxribat həyata keçirmək mümkün deyil.
- Azərbaycan xalqı birmənalı şəkildə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında çox böyük inamla sıx birləşib və hər şeyi ondan eşitimək istəyir. Azərbaycan Prezidentinin hər bir sözü bu gün bütün azərbaycanlılar üçün Ali Baş Komandanın Əmridir – bu, ekspert rəyi deyil, ictimai rəydir.
- Azərbaycan xalqı işğal altında olan torpaqlarımızın işğaldan azad olunacağına böyük inamla, əminliklə müharibəni sona qədər, qələbə çalana qədər davam etdirmək əzmindədir.
- Sosial-iqtisadi məsələlərdə heç bir nigarançılıq hiss etmədən bütün düşüncələr, arzular və şüurlar qələbəyə köklənib, qələbəyə fokslanıb.
- İctimai rəydə artıq Azərbaycan-Türkiyə birliyi bütün sahələr üzrə ən yüksək səviyyəyə yüksəlib bir millət, iki dövlət şüarı özünün real əməli gerçək zirvəsinə yüksəlib. Pakistan, Əfqanıstan, Gürcüstan, Ukrayna kimi ölkələrin ictimai rəydə dost ölkə kimi nüfuzu yüksəlmişdirsə, Rusiya və İran kimi qonşu ölkələrin ictimai rəydə nüfuzu aşağı düşüb. Fransa isə arzuolunmaz ölkəyə çevrilib.
Yeri gəlmişkən, müəyyən olunub ki, əhali vaxtının çoxunu, sutkanın oyaq olduğu bütün vaxtını əsasən informasiya qəbul etməyə yönəldir, eyni zamanda, Azərbaycan vətəndaşları informasiya qaynağı olaraq Azərbaycan informasiya mənbələrindən və Türkiyə mənbələrini çox diqqətlə izləyir, Azərbaycan Prezidentinin və Türkiyə Prezidentinin hər sözü və hər kəlməsi çox diqqətlə dinlənilir. Digər mənbələrsə ictimai rəydəç çox da etibarlı sayılmır.
Azərbaycan xalqı hər şeyi Ali Baş Komandanın dilindən eşitmək istəyir
Bakı, Gəncə, Lənkəran və Quba şəhərlərində əhali arasında anonim sorğu keçirilmişdir. Rəy sorğusu könüllülər, cəlb olunan müqavilə əsasında əməkdaşlar və digər şəxslər tərəfindən 1000 nəfər respondent arasında keçirilmişdir. Sorğuda iştirak edən respondentlərin 70%-i 35 yaşa qədər, 30%-i isə 35 yaşdan yuxarı, 58%-i kişi, 42%-i qadın olmaqla Azərbaycan vətəndaşları təşkil etmişdir. Sorğuda iştirak edən qadınların 47,6%-i evdar xanımlar (200 nəfər) 52,4%-i isə (220 nəfər) daimi iş yerlərində çalışan xanımlar təşkil etmişlər. Eyni zamanda 35 yaşa qədər olan kişilərin 406 nəfəri demək olar ki, hamısı daimi və yaxud müvəqqəti işləyənlər, 35 yaşdan yuxarı kişilərin (174 nəfərin) 38%-i (66 nəfər) təqaüdçü olmaqla hamısı ailə başçısı olaraq sorğuda iştirak etmişlər.
Sorğunu anonim keçirməkdə əsas məqsəd sorğuda iştirak edən respondentlərin cavabları ilə mənəvi, psixoloji və ümummilli-ruhi vəziyyəti düzgün analiz etmək idi. Eyni zamanda sorğu blankında respondentlərin fikirlərini sərbəst ifadə etmələri üçün yaradılmış şərait və yaxud nəzərdə tutulmuş qeydiyyat yeri istənilən düşüncənin ifadə olunması üçün anonimliyi vacib hesab etmişdik.
Beləliklə sorğunun nəticələrini və bu nəticələrin ümumiləşdirilərək aparılmış təhlili mətbuatın müzakirəsinə təqdim etməyi qərara almışıq. Yeri gəlmişkən qeyd etmək istərdik ki, Resurs Analitik İnformasiya Mərkəzi tərəfindən aparılan sosioloji sorğular, sosial və digər tədqiqatlar sifarişçi qurumlara təqdim edilərkən mətbuata açıqlanmaya da bilər. Bu sosioloji sorğu heç bir sifarişçi qurum tərəfindən maliyyələşdirilmədiyi üçün sırf Resurs AİM İctimai Birliyinin öz vəsaiti hesabına qısa zaman ərzində keçirildiyi və sosial tədqiqat aparıldığı üçün bütün zəhməti olan insanlara və könüllülərə dərin minnətdarlığımızı bildiririk. 50 nəfərlik sorğu qrupu və 7 nəfərlik ekspert qrupuna dərin minnətdarlığımızı bildiririk.
Sorğuda iştirak edən vətəndaşların cavablarını və xüsusən respondentlərin qoyulan sual ətrafında şəxsi fikrini bildirmək üçün açıq saxladığımız cavab yeri test metodu, yaxud istiqamətverici, yönləndiricilik metodikasından kənar obyektiv və real intellektual ifadə və rəyin öyrənilməsinin təhlili cəmiyyəti hazırkı ictimai rəyi barədə ümumi nəticələri ortaya çıxarır. Bu nəticəni ümumiləşdirsək aşağıdakı kimi təsnifat etmək olar.
Azərbaycan Respublikasının vətəndaşı ___________
doğum tarixi_____________
cinsi 1.kişi _____ 2. qadın
İş yeri __1. daimi, 2. işləyir __3. müvəqqəti işsiz __4. işləmir __
Ailə vəziyyəti: 1. ailəli___, 2. subay___,3. ailə başçısı___
Sual 1. Sizcə Azərbaycan tərəfi əks hücum əməliyyatını dayandırıb danışıqlara başlamalıdır, yoxsa müharibəni davam etdirməlidir?
a. Müharibəni dayandırıb üstün tərəf kimi danışıqlara başlamalıdır
b. Müharibəni davam etdirməlidir.
c. Torpaqlarımızın danışıqlar yolu ilə azad olunacağına inanıram.
d. Sizin şəxsi fikriniz.
Sual 2. Müharibə nə qədər zaman davam edə bilər, siz buna hazırsınızmı?
a. Bir ay
b. Altı ay
c. Sona qədər
2.1. mən müharibə istəmirəm
2.2. Mən müharibəyə hazıram
d. Sizin şəxsi qeydiniz
3. Dövlət tərəfindən elan olunmuş hərbi vəziyyət və qismən səfərbərlik sizi qane edirmi?
a. Düzgün qərardır
b. Qane etmir
c. Qismən qane edir
d. Sizin şəxsi fikriniz
4. Azərbaycan ordusunun torpaqlarımızını azad edəcəyinə əminsinizmi?
a. Bəli, döyüş tapşırıqlarını uğurla yerinə yetirmək gücündədir
b. Xeyr, hələ tam formalaşmayıb
c. Azərbaycan silahlı qüvvələri mükəmməl konpakt güclü ordudur və qalib gələcəyinə əminəm
d. Şəxsi qeydiniz
5. Pandemiya və hazırkı müharibə sizi qida və maddi ehtiyatlar barədə düşünməyə vadar edirmi?
a. Bəli düşünürük
b. Xeyr narahat etmir
c. Dövlətimizin gücünə inanırıq
d. Şəxsi qeydiniz
6. Sizcə, bu gün Azərbaycanda və dünyada azərbaycanlıların milli həmrəyliyi ən yüksək həddədirmi?
a. Bəli, yüksək həddədir
b. Xeyr ən yüksək həddə deyil
c.Azərbaycanda yüksək milli həmrəylik mövcuddur, dünya azərbaycanlılarının da dəstəyini hiss edirik
d. Şəxsi qənaətiniz
7. Sizcə, Azərbaycanın ədalətli savaşında hansı dövlətlər Azərbaycanın yanındadır, hansı dövlətlər əks-cəbhədədir?
a. Azərbaycanın yanında:
1. |
Türkiyə |
100% |
2. |
Pakistan |
100 % |
3. |
Gürcüstan |
97,6% |
4. |
Ukrayna |
97,3% |
5. |
Rusiya |
21,2% |
6. |
İran |
19,6% |
7. |
Fransa |
__ |
8. |
ABŞ |
49,1% |
9. |
Qazaxıstan |
79,8% |
10. |
Əfqanıstan |
96,7% |
11. |
Qırğızıstan |
95,8% |
12. |
Macarıstan |
78,3% |
13. |
Latviya |
67,8% |
14. |
Bularusiya |
62,6% |
15. |
Böyük Britaniya |
31,7% |
16. |
Almaniya |
29,8% |
b. Əks tərəfdə olan dövlətlər
1 |
Fransa |
100% |
2. |
Rusiya |
75,3% - 35 nəfər çətinlik çəkib cavab verməyib |
3. |
ABŞ |
47,3% 36 nəfər cavab verməyib |
4. |
Belorusiya |
0,5 % |
5. |
Qazaxıstan |
07% |
6. |
İran |
78,7% 17 nəfər cavab verməyə çətinlik çəkib |
7. |
Böyük Britaniya |
0,9% |
8. |
Almaniya |
1,2% |
Cavablandırılır
1. a. 17,4%
b. 82,3%, 3 nəfər variantında qeydiyyat yeri
c. ____
d. 30 ildir elan olunmamış müharibə gedir, nəticəsiz danışıqları istəmirik.
2. a. 11,8
b. -------
c. 89,2%
2.1. 0,7 bu yeddi nəfər a. bəndində
d. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu bütün torpaqlarımızın düşmən işğalından azad edəcəyinə əminəm.