Laçın rayon İcra Hakimiyyəti əhalinin siyahıya alınmasına başlayıb
Bu barədə Mynews.az-a icra hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, icra hakimiyyəti hazırda Laçın rayon sakinlərinin hansı ərazidə və hansı şəraitdə məskunlaşdığını araşdırır:
"Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Müəyyənləşdiririk ki, hazırda hər kənddə neçə ailə var və harada yaşayır. Hazırda rayon polis şöbəsi işğaldan azad olunan əraziyə köçürülüb, postlar müəyyənləşdirilir".
İcra Hakimiyyətindən qeyd ediblər ki, artıq Laçın şəhərinin girişi üçün xüsusi lövhə də hazırlanıb: "Yaxın günlərdə lövhə Laçın şəhərinin girişində, Laçın dəhlizində yerləşdiriləcək".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub