Döyüşlərdə yaralanaraq ürəyinə yaxın yerdə qəlpə daşıyan qazimiz Elçin Səmədovdan xəbər var. O, hazırda müalicələrini davam etdirir.
Mynews.az xəbər verir ki, Sonxeber.az-a bu barədə qazinin anası Vüsalə Şükürova məlumat verib.
Vüsalə xanım Elçinin əməliyyat olunması ilə bağlı da açıqlama verib:
"Həkimlər əməliyyatla bağlı deyirlər ki, bədən hələ hazır deyil, Elçini əməliyyata hazırlayırıq. Güclü nevroloji müalicələrə başlanılıb. Oğlumun çənəsində qəlpələr var. Bir neçə günə çıxarılmalıdır. Dərində olan qəlpələr isə əməliyyat prosesində çıxarılacaq. Əməliyyatın dəqiq nə vaxt olacağı barədə hələki məlumatımız yoxdur ".
Qeyd edək ki, qazimiz Bakıda, Papanin Hospitalında əməliyyat olunacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub