Sosial şəbəkələrdə açılışını hər kəsin səbirsizliklə gözlədiyi “8 Noyabr” metro stansiyasının fotosu paylaşılıb.
Mynews.az-ın məlumatına görə, fotolardan da göründüyü kimi stansiyada metro tikintisinin xüsusiyyətlərinə uyğun olaraq son tamamlanma işləri gedir.
Belə ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adlandırılıb.
Qeyd edək ki, “8 Noyabr” stansiyası Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşir. Stansiyada 17 eskalator, 3 lift var. Sərnişinlər platformaya enmək üçün iki fərqli səviyyədən keçəcəklər.
İkisi Abdulvahab Salamzadə küçəsi istiqamətində, biri Mərkəzi Hərbi Hospital istiqamətində, digəri isə onun əks istiqamətində olmaqla dörd çıxışdan ibarətdir. Stansiyanın arxasında dönmə kamerası inşa olunub ki, bu da qatarların sayının artırılmasına, hərəkətin intensivliyinin təmin olunmasına imkan verəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub