Qanunsuz rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslar aşkar edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 26-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində karantin rejimi ilə əlaqədar qurulmuş postda Ucar rayon sakini S.Rəhimovun, Tərtər rayon sakini E.Qurbanovun və Tovuz rayon sakini Ə.Məmmədhəsənovun idarə etdikləri “Mercedes” markalı üç mikroavtobus saxlanılıb.
Araşdırmalarla onların qanunsuz olaraq rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaları müəyyən edilib.
Hər üç sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub