Ötən gündən etibarən sosial şəbəkələrdə oktyabrın 5-də Qusar rayonu Həsənqala kəndində dəfn edilmiş şəhid İsmayılov Orxan Qədim oğlunun qəbirüstü abidəsinin hələ də qoyulmaması məsələsi müzakirə edilir.
Mynews.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı Qusar rayon icra başçısının ictimai-siyasi məsələlər üzrə müavini Elman Mustafayevlə əlaqə saxlayıb. O bildirib ki, rayonda şəhidlərin məzar daşlarının hazırlanması prosesinə dekabrın 5-dən başlanıb:
“Həmin tarixdən etibarən başdaşları sifariş verilib. Rayona sonuncu, 32-ci şəhid keçən həftə gəlib. 32 şəhidin hamısının qəbirüstü abidələri sifariş verilib. Onlardan 5-nin artıq mərməri qoyulub. Yerdə qalanların da beton işləri yekunlaşıb. Digərlərinin də qəbirüstü abidələri yanvarın 18-nə kimi hazır olacaq. Hər bir şəhid ailəsinə abidələrin ilkin variantları göstərilib. Onların istəyinə uyğun olaraq məzar daşları hazırlanacaq.
Həmin şəklə baxan adam görür ki, məzara beton hissə vurulub, deməli, abidə hazırlanır. Bunu xüsusi ajiotajla ictimailəşdirmək düzgün deyil. Prosesin gec başlamasına səbəb isə odur ki, abidələrin hamısının bir qaydada olmasını istədik. Ona görə də sifarişləri bir adama verdik. Heç kimin, o cümlədən də dövlət məmurlarının şəhidə hörmətsizlik etməyə haqqı çatmır. Bizim bir nömrəli borcumuz onların qayğıları ilə məşğul olmaqdır”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub