Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinin, müharibə əlilliyi olan şəxslərin və müharibə iştirakçılarının sosial vəziyyəti araşdırılır və buna uyğun olaraq dəstək tədbirləri həyata keçirilir.
Mynews.az xəbər verir ki, bunu açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Anar Kərimovun sözlərinə görə, bu kontingentdən olan şəxslərin məşğulluğunun təmin edilməsi də prioritetlərdən biridir:
"Qısa müddət ərzində 250-yə yaxın vətəndaş işlə təmin edilib, 1550 nəfər özünəməşğulluq proqramlarına cəlb olunub. Bununla yanaşı 150 hərbçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial reablitasiya mərkəzlərində müalicə alıb, 200-dən artıq müharibə iştirakçısına reabilitasiya vasitələri verilib, 8 hərbçi isə protezlərlə təmin edilib".
Nazir müavini ikinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin və müharibə iştirakçılarının avtomobil və mənzil təminatından da danışıb.
Anar Kərimov deyib ki, son iki il ərzində sosial ödənişlərdə nəzərəçarpacaq dərcədə artım olub. Pensiya, təqaüd və müavinətlərlə bağlı islahatlar bu il də davam edəcək.
Yaşa görə pensiyanın orta aylıq məbləğinin 370 manata, əmək pensiyalarının orta aylıq məbləğinin isə 340 manata çatması gözlənilir.
Qeyd edək ki, son iki il ərzində sırf sosial ödənişlərin həcmində 1 milyard manat artım olub. (xezerxeber.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub