Müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sisteminə inteqrasiyası proseslərinə yenidən start verilib.
Bu barədə Mynews.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Bu çərçivədə 01.02.2021-ci il tarixindən etibarən 15 nömrəli marşrut xətti (Keşlə qəsəbəsi-Koroğlu Nəqliyyat Mübadilə Məkrəzi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi təmin ediləcək.
Məlumata görə, sərnişinlərin rahatlığı nəzərə alınaraq xətt üzrə zəruri yerlərdə “BakıKart”ın balansını artırmaq üçün ödəmə post-terminalları qoyulub.
"Nağdsız ödənişə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildiririk ki, “BakıKart”-a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Əvvəlki dövrlərdə kart sisteminə inteqrasiya olunan xətlərlə bağlı şikayət xarakterli müraciətlərin əhəmiyyətli dərəcədə azalması bunun bariz nümunəsidir.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək", deyə BNA-nın məlumatında qeyd edilir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub