Bir ilə yaxındır ki, Azərbaycanda koronavirus pandemiyasına görə toy və yas mərasimlərinin, eləcə də digər kütləvi insanların toplaşdığı yığıncaqların keçirilməsinə icazə verilmir.Toylara qoyulan qadağanın ölkədə demoqrafik problemlərə gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndiririlir. Məhz buna görə də toyların müəyyən qaydalar çərçivəsində, yəni 50-80 nəfərlə qonaq dəvət etməklə keçirilməsinə icazə verilməsinin vacib olduğu bildirilir. Azərbaycanda koronavirusa yoluxanların sayında azalma müsbət dinamika ilə davam edir. Eləcə də ölənlərin sayında xeyli azalma var. Bundan əlavə yaxın vaxtlarda ölkədə koronavirus əleyhinə peyvəndlənmə başlayacaq. Belə olan halda martın 15-dən sonra 80 nəfər qonaqla toyların keçirilməsinə icazə verilə bilərmi?
Mynews.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-ın sualını cavablandırab Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, martın 15-dən sonra 80 nəfərlə toyların keçirilməsinə icazənin verilib-verilməməsi ilə bağlı məndə heç bir məlumat yoxdur. Çünki bu barədə hələlik heç bir rəsmi qərar yoxdur".
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
571 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
529 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
495 dəfə oxunub
4
Zəngilana növbəti köç karvanı yola salındı
495 dəfə oxunub
5
Əli Əsədov yeni qərar imzaladı
493 dəfə oxunub