Azərbaycanda əhalinin internet vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən saytlardan sifariş etdiyi məhsulların çatdırılmasında gecikmələrə aydınlıq gətirilib.
Mynews.az Trend-ə istinadən bildirir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib ki, gecikmələr bağlamaları çatdıran kuryer şirkətləri ilə bağlıdır.
S.Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsi daxil olan bağlamaların 85 faizdən çoxunu elə həmin gün şirkətlərin anbarına təhfil verir: "Dövlət Gömrük Komitəsinin yalnız tələbi ondan ibarətdir ki, rüsum ödənilməsi tələb olunan dəyəri 300 dollardan çox olan bağlamalar barədə məlumat verilsin".
Komitə sədri qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq xaricdən gələn bağlamaların sayı xeyli çoxalıb. O bildirib ki, şirkətlər tərəfindən bağlamaların çeşidlənməsində çətinliklər var, az sayda əməkdaşlar bu işi tez zamanda çatdıra bilmir: "Biz şirkətlərə tövsiyələr veririk ki, çeşidləmə üçün lazımi avadanlıqlar alsınlar, iş prosesini sürətləndirsinlər. Yəni bağlamaların çatdırılmasında gecikmələr gömrük orqanları ilə bağlı deyil".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub