Bir çox vətəndaş üçün problemə çevrilən məsələ - sənədsiz evlərlə bağlı yeni xəbər var. Paytaxtımızla yanaşı digər şəhər və rayonlarda belə evlərin inventarlaşdırılması davam etdirilir.
Hansı evlərin gələcəkdə sənədləşdirilə biləcəyi araşdırılır. Bakıda və bölgələrdə indiyə kimi nə qədər ev inventarlaşdırılıb? Hansı evlər bu prosesdən kənarda qalacaq? "XəzərXəbər" məsələyə aydınlıq gətirib.
Sənədsiz evlərin uçota alınması və bununla bağlı problemlərin aradan qaldırılması işləri davam edir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi Elşad Məmmədov bildirdi ki, sənədsiz evlərin gələcəkdə sənədləşdirilməsinin mümkün olub-olmadığı bütün ölkə üzrə araşdırılır. Prosesə uyğun olaraq bölgələrdə 75 min daşınmaz əmlakın inventarlaşdırılması tamamalanıb.
Bəzi vətəndaşlar var ki, evləri təhlükəli ərazilərdə yerləşməsə də, sənəd almaqda çətinliklə üzləşirlər. Bununla bağlı yaşanan problemin də gələcəkdə həll olunması nəzərdə tutulub.
Elşad Məmmədov əlavə etdi ki, pandemiya ilə bağlı yubanmalar olsa da, vəziyətə uyğun olaraq inventarlaşdırma davam etdiriləcək. Qeyd edək ki, Prezident İlham Əliyev sənədsiz evlər probleminin həll edilməsi ilə bağlı 2015-ci ildə fərman imzalayıb. Bununla bağlı tədbirlər planı 2019-cu ildə təsdiq edilib. Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları qurulub.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub