Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.
AZXEBER.COM xəbər verir ki, Nazirlər Kabinetinin Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb. Qərarda deyilir:
“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.
Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:
2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub