Sərt karantinlə bağlı açıqlama aprelin 5-dən sonra...

1093
Sərt karantinlə bağlı açıqlama aprelin 5-dən sonra...

Azərbaycanda yoluxanların və ölənlərin sayı artan dinamika ilə davam edir. Elə bu səbəbdən də yenidən qapadılmaların olacağı ilə bağlı fikirlər səsləndirilir. Hətta aprelin 5-dən sonra restoranların, gözəlik salonlarının və geyim mağazalarının yenidən bağlanacağı da iddia edilir. Bəs bu iddialar həqiqəti nə dərəcədə əks etdirir?

Mynews.az-ın məlumatına görə, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, Azərbaycanda son dövrlərdə yoluxanların və ölənlərin sayının kəskin artması narahatedici məqamdır:

"Reanimasiyalarda ağır xəstələrin sayı durmadan artmaqdadır. Əgər sərt tədbirlər görülməsə, yoluxanların və ölənlərin sayının artma dinamikası davam edəcək. Bilirsiniz ki, artıq ölkəmizdə Britaniya ştammına yoluxanlar da var. Koronavirusun bu növünün yoluxuculuq qabiliyyəti isə daha yüksəkdir.

Karantin rejiminin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə bildirək ki, bu, Operativ Qərargahın səlahiyyətindədir və qurum epidemioloji vəziyyəti analiz edərək düzgün qərarı qəbul edəcək.

Düşünürəm ki, birinci və ikinci dalğada olduğu kimi yoluxma sayını artmasına səbəb olacaq müəssisələr yenidən qapadıla bilər. Hətta "evdə qal" karantini və "sms icazə" sisteminin geri qayıtması qaçılmaz olacaq. Aprelin 5-nə kimi yoluxma səviyyəsi bu cür artma dinamikası ilə davam edərsə, gözəlik salonları, restoranlar və xırda ticarət mərkəzləri yenidən bağlanıla bilər".

Xəbər lenti