Aprelin 5-də Bakıda fəaliyyət göstərən uşaq bağçaları bağlanıb.
Mynews.az-ın məlumatına görə, bağçalardan valideynlərə bildiriblər ki, bu gündən etibarən işləmirlər.
Paytaxtda fəaliyyət göstərən bağçalar Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğundan bir neçə gün əvvəl Təhsil naziri Emin Əmrullayevin bağçaların bağlanmaması barədə açıqlama verməsi əhali arasında müzakirəyə səbəb olub.
Qeyd edək ki, Təhsil Nazirliyi mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi barədə qərar verib.
Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub