Bakı metrosunda YENİLİK - FOTO

Hazırda “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən deposu-Avtovağzal” mənzilləri, həmçinin “8 Noyabr” stansiyası və dalan yollarında yeni tipli üstquruluş elementləri tətbiq edilir.
Bu barədə Mynews.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, birinci dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda, “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının ancaq bir yolunda tətbiq edilmiş dəmir-beton blokların daha geniş miqyasda tətbiqi davam etdirilir.
Metropolitenin yeni Bənövşəyi xəttində də bu ənənə geniş tətbiq olunacaq.
Sərnişindaşıma fəaliyyətinin dayandırıldığı müddətdə “Elmlər Akademiyası” stansiyasında aparılan təmir-bərpa, yenidənqurma işlərinin tərkib hissəsi kimi həyata keçirilən daha bir layihəyə uyğun olaraq, stansiyanın hər iki yolu üzrə gödək ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsinə başlanılıb.
Layihənin ən qısa müddətdə həyata keçirilməsi üçün tədbirlər planında iş ardıcıllığı, aidiyyəti sahələrin fəaliyyətinin və maşın-mexanizmlərin cəlb edilməsinin sinxronluğu müəyyən edilib. Tədbirlərin səmərəli və operativ yerinə yetirilməsi məqsədilə ikinövbəli iş rejimi tətbiq edilib.
Birinci mərhələdə stansiya yollarının təmas xətti sökülüb. Relslərin, yol yatağının sökülməsi ilə bağlı planlı işlərə başlanılıb.
İkinci mərhələdə yeni yol yatağının konstruksiyası qurulmaqla, betonlama işləri aparılacaq və yeni tipli üstquruluş elementləri texnoloji tələblərə uyğun qurulacaq.
Vacib üstünlüklərdən biri də dəmir-beton blokların ağac analoqlarından daha uzunömürlü və keyfiyyətli olmasıdır. Ağac şpalların ömrü ən yaxşı halda, 35-40 il, Bakı metrosunun geoloji şəraitində daha az olduğu halda, dəmir-beton bloklar 50-80 il istismar oluna bilir. Dördüncü mühüm məsələ, yeni tipli yolun üstquruluş elementlərinə qulluğun, texnoloji proseslərin sadə və asan olmasıdır. Bu tipli yollar vibrasiyanı əsaslı şəkildə azaltmaqla, qatarların hərəkət rəvanlığını təmin edir.
Hazırda bu texnologiyaların Bakı metropolitenində hərəkətin təşkili müddətində tətbiq edilməsi öyrənilir.
Cəmiyyət
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə...
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
- Əhaliyə xəbərdarlıq edildi - Azərbaycanda qış sərt keçəcək
- Bakıda bu ərazidə "xruşovka"lar sökülür - Sakinlərə 400 AZN kirayə pulu və mənzillər veriləcək
- Şamaxıda Üzüm və Şərab Festivalı keçirilib
- Azərbaycanlı rəssam faciəvi şəkildə öldü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ 977 dəfə oxunub
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə... 967 dəfə oxunub
- 2 hərbçi faciəvi şəkildə öldü 934 dəfə oxunub
- Bu ölkədə qızılca epidemiyası elan edildi 559 dəfə oxunub
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO) 551 dəfə oxunub