“Pensiyaya çıxmış şəxsin pensiyasının yenidən hesablanması üçün hər hansı bir əsas olmalıdır”.
Mynews.az oxu.az-a istinadla məlumatına görə, bunu “Sosial saat”da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, pensiyanın yenidən hesablanmasına əsas yoxdursa, vətəndaş müraciət etdikdə mövcud pensiya məbləği və hesablama qaydası izah olunur:
“Vətəndaş da bəzən düşünür ki, özünün hesablaması daha düzgündür və yenidən müraciət edir. Başqa əsas olmadığı üçün məcburi eyni hesablanmanı göndəririk. Pensiyaların yenidən hesablanması bu hallarda olur. Hər il pensiyaların indeksləşdirilməsi baş verir. Bu, avtomatlaşdırılmış qayda da həyata keçirilir. Bu il bu rəqəm 11,4 faiz artırılıb”.
O qeyd edib ki, 2019-cu illərdə pensiya sahəsində islahatlar aparılıb:
“Pensiyaların hesablanması proaktiv qaydada həyata keçirilir. Burada 25 il sığorta stajı götürülür və bəzən vətəndaşın sığorta stajı daha çox olur. Vətəndaş yenidən stajı təsdiq edən sənədləri təqdim edir və yenidən hesablanma aparılır.
Digər tərəfdən vətəndaşın stajı 25 ildən artıqdırsa, o hissə də əlavə olaraq hesablanır və üzərinə əlavə edilir. Təhsil dövrünün staja daxil edilməsi 2006-i ildən əvvəlki dövrə aiddir və bu da yalnız əyani təhsilə aiddir”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub