Vətən müharibəsinin şəhidi Məmmədağa İmanov anadan olduğu Neftçala rayonunda dəfn olunub.
APA-nın xəbərinə görə, şəhid hərbçinin nəşi Neftçala rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhid hərbçinin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.
Qeyd edək ki, İmanov Məmmədağa İqab oğlu 2001-ci ildə Neftçala rayonunun Dalğa kəndində anadan olub. Onun Vətən müharibəsi başlayandan bir neçə gün sonra ailəsi ilə əlaqə saxladığı bildirilir. Bundan sonra ondan xəbər olmayıb, itkin kimi qeydə alınıb.
Hərbi Prokurorluğun dünən yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub