Formula 1 Azərbaycan Qran Prisinin sıralama turunda daha bir qəza baş verib.
Mynews.az-ın xəbərinə görə, “Alfa Romeo” komandasının italiyalı pilotu Antonyo Covinatsi də 15-ci döngənin “qurbanı”na çevrilib.
Onun bolidi İstiqlaliyyət küçəsindən Azneft meydanına düşən döngədə baryerə toxunaraq yararsız hala düşüb. Bu səbəbdən sıralama turunda ikinci dəfə qırmızı bayraq qaldırılıb. Bolidi isə evakuatorla yedəyə alıb trasdan çıxarıblar.
Qeyd edək ki, yarışın 15-ci döngəsində dünən və bu gün artıq bir neçə qəza baş verib. Saat 16:00-da başlayan sıralama turunda "Aston Martin" komandasının pilotu Lans Stroll həmin döngədə sürəti düzgün müəyyənləşdirə bilməyib və bolidini kənara vurub.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub