Üç şəhidin yeni doğulan övladına hesab açılacaq - FOTO

2226
Üç şəhidin yeni doğulan övladına hesab açılacaq - FOTO

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Fondan bildirilib ki, şəhidlərimiz Fərid Nağıyevin övladı Anayın, Vüsal Hüseynovun övladı Nadirin, Qubat Əliyevin övladı Qubatın zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Xəbər lenti