Sabah bu yollar bağlı olacaq - SİYAHI

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Futbol üzrə AVRO 2020 çempionatı çərcivəsində Bakıda keçiriləcək sonuncu futbol qarşılaşması ilə bağlı hərəkət içtirakçılarına müraciət edib.
İdarədən Mynews.az-a verilən məlumatda bildirilir ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyin yanından, Xəlil Rza Ulutürk, Böyük Şor bulvarı, Atletlər kəndi istiqamətində, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər isə 1 saylı Asan Xidmətin yanından Xəlil Rza Ulutürk, Atletlər kəndi ətrafı, Böyük Şor Bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə alsınlar:
"Qeyd edək ki, həmin əraziyə təşkilat komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələri daxil ola bilər.Sürücülərdən xahiş edirik ki, futbolun keçiriləcəyi gün ərzində ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrində istifadəni məhdudlaşdırsınlar. Bir daha vətəndaşlardan pandemiya ilə əlaqədər olaraq nəzərdə tutulmuş qaydalara riayət etməyi xahiş edirik. Əlavə olaraq qeyd etmək istətirik ki, futbolu izləmək istəyən vətəndaşlarımız Qara Qarayev metorstansiyasının, eləcə də Səməd Vurğun bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaq"
Cəmiyyət
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə...
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
- Əhaliyə xəbərdarlıq edildi - Azərbaycanda qış sərt keçəcək
- Bakıda bu ərazidə "xruşovka"lar sökülür - Sakinlərə 400 AZN kirayə pulu və mənzillər veriləcək
- Şamaxıda Üzüm və Şərab Festivalı keçirilib
- Azərbaycanlı rəssam faciəvi şəkildə öldü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ 972 dəfə oxunub
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə... 962 dəfə oxunub
- 2 hərbçi faciəvi şəkildə öldü 930 dəfə oxunub
- Bu ölkədə qızılca epidemiyası elan edildi 554 dəfə oxunub
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO) 197 dəfə oxunub