Vətəndaş Azərbaycan Beynəlxalq Bankının (ABB) ATM-lərindən çıxan əsginaslardan narazıdır.
Mynews.az xəbər verir ki, bu barədə vətəndaşlardan biri sosial şəbəkədə paylaşım edib. Paylaşımda ötən gün sözügedən bankın ATM-sindən məbləğ çıxarılan zaman pulların hamısının zədəli olması əksini tapıb:
“Əsginasların yarısının bir hissəsi olmayıb, digərləri isə zədəli və yararsız vəziyyətdə olub”.
Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankına (ABB) sorğu ünvanladıq. Bankdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür hallar kütləvi xarakter daşımır:
“Ola bilər ki, hansısa texniki səbəbdən belə bir istisna hal baş verib. Müştəri ABB-nin istənilən filialına yaxınlaşaraq, əsginasları dəyişə bilər. Ümumən inkassasiya zamanı yararsız əsginasların bankomatlara daxil edilməməsi üçün ABB-də lazımi yoxlama-nəzarət tədbirləri mütəmadi şəkildə həyata keçirilir”.
>
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub