Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib.
Mynews.az xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev öz feysbuk hesabında paylaşıb.
Məlumata əsasən, Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.
Həmçinin, general Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb.
General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının Baş qərargah rəisi təyin edilib.
Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV də sözügedən təyinatlar barədə məlumat yayıb. Məlumata əsasən, 4 generalın təyin edilməsi ilə Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı nümayəndəliyinin sayı da artıb.
1
Zəhra Quliyeva və polkovnik Mədət Quliyev ayrıldı
1118 dəfə oxunub
2
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1098 dəfə oxunub
3
Məhkəmə zalında həbs olundu
1089 dəfə oxunub
4
Türkiyə millisinin üzvü qəzada ölüb: Azərbaycan vətəndaşı saxlanıldı
1065 dəfə oxunub
5
Ədliyyə Nazirliyindən sərt addım: "Azəriqaz" CƏRİMƏLƏNDİ
1059 dəfə oxunub