Oktyabrın 12-si saat 18 radələrində Füzuli rayonu ərazisində1994-cü il təvəllüdlü Ceyhun Quliyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Mynews.az xəbər verir ki, bununla bağlı Füzuli Rayon Prokurorluğu məlumat yayıb.
Aparılmış araşdırmalarla rayon sakini, 1988-ci il təvəllüdlü Müşfiq Əsədovun aralarında yaranmış mübahisə zamanı Ceyhun Quliyevin üzərinə avtomobillə hərəkət edərək sonuncunu vurması, daha sonra bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Müşfiq Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub