"Bu gün Halil Kahramanla birgə burda olmaqdan qürur duyuram. Onunla 44 günlük müharibə boyunca çiyin-çiyinə çalışdıq. İş həyatımda ilk dəfə Ermənistanın törətdiyi cinayətləri görüb, əsəb keçirdim".
Bunu türkiyəli jurnalist Fulya Öztürk "Fulya" filminin təqdimatında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu film ermənilərin insanları necə qətlə yetirdiyinin sübutudur: "Açığı, filmə mənim adımın verilməsinə əvvəl razı olmadım. Ermənistanın Bərdədə və Gəncədə törətdikləri gözümün qabağında baş verdi. Normalda soyuqqanlıyam, lakin Azərbaycanda baş verənlərə soyuqqanlı qala bilmədim. Gəncədə dağıntıların altından insan cəsədlərinin çıxarılmasını öz gözlərimlə gördüm. Dolayısı ilə bu filmi Ermənistanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə və Gəncə hadisələrinin çəkilişlərindən hotelə qayıtdıqda Avropa və Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar. Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, biz göstərəcəyik".
"Müharibə zamanı faciələri görməklə yanaşı, şükür ki, zəfəri də yaşadıq. Ermənistan bir uşaq qatilidir, bunu bütün dünya bilməlidir. Bu film də bunun sübutudur. Amma Zəfər günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı.Əsas qəhrəmanlar biz deyilik, bu zəfəri bizə yaşadan, əsgərlər, şəhidlər, onların ailələridir. Hər zaman deyildiyi kimi, Qarabağ Azərbaycandır!", - F.Öztürk əlavə edib.
Qeyd edək ki, bu gün Nizami Kinoteatrında "Fulya" filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, incəsənət xadimləri və media nümayəndələri iştirak edib.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub